Hz. Əbu Bəkri Sıddık

Son güncelleme:
  • Hz. Əbu Bəkri Sıddık (ra)

    Səhabədən olduğu ayəylə sabitdir.

    Allahu təala da Tövbə surəsinin 40. ayəsində buyurur ki:
    (Ey mö'minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (sahibinə) (Əbu Bəkrə): "Qəm yemə, Allah bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!

    Həzrəti Əbu Bəkir, Mədinəyə hicrətlə şərəflənən, Allahın təriflədiyi mühacirlərdən və ilk iman edənlərdən olduğu üçün Cənnətlikdir. Ayənin tərcüməsi:
    (Mühacirlərin və Ənsarın əvvəl imana gələnlərindən və Onların yolunda gedənlərdən Allah razıdır. Onlar da Allahdan razıdır. Allah, Onlar üçün Cənnətlər hazırladı.) [Tövbə 100]

    Həzrəti Əbu Bəkir, Eshabı kiramdan olduğu üçün Cənnətlikdir.:
    (Allah, [Eshabı kiramın] hamısına da ən gözəli [Cənnəti] vəd etmişdir!) [Nisa 95]

    Həzrəti Əbu Bəkir, ağac altında söz verənlərdən olduğu üçün Cənnətlikdir. Ayənin tərcüməsi:
    (Ağac altında, sənə söz verən möminlərdən, Allah razıdır.) [Fəth 18]



    Hədislərdə

    1. -.......Ebu'd-Dərda ® belə demişdir: Mən Peygamber(səs)ın yanında otururdum.. Bu sırada Əbu Bəkr, paltarının ətəyini diz qa--paqlarını açacaq qədər yığaraq (təlaşla) çıxıb gəldi. Peyğəmbər (səs) bizə:
    - "Yoldaşınız biriylə çəkişmiş olmalı" buyur--du.
    Əbu Bəkr salam verdi və: .
    - Ya Rəsulullah! Mənimlə Xəttab oğulu (Ömər) arasında bir şey (bir çə-kişmə) oldu. Mən bu çəkişmədə Ömərə haqsızlıq etdim. Sonra peşman oldum da ondan məni bağışlamasını istədim. Lakin Ömər qəbul etmədi. Mən də Sənə gəldim, dedi.
    Bunun üzərinə Rəsulullah üç dəfə:
    - "Allah səni bağışlasın ya Eba Bəkr!" dedi Sonra Ömər də bu inciklikdən peşman oldu da Əbu Bəkrin evinə
    getdi və:
    - Əbu Bəkr buradamı? deyə soruşdu. -Ev xalqı:
    - Xeyr, burada deyil, deyə cavab vermələri üzərinə, Ömər də Peyğəmbərin hüzuruna gəldi və ONA salam verdi.
    Bu sırada Peyğəmbərin üzü dəyişməyə başladı. Hətta Əbu Bəkr qorxdu da iki dizi üzərinə çökdü və iki dəfə:
    - Ya Rəsulullah! Vallah bu işdə Ömərdən çox irəliyə getmişdim, dedi.
    Bunun üzərinə Peyğəmbər (hamımıza xitab olaraq):
    - "Şübhəsiz ki, Allah məni sizə peyğəmbər göndərmişdi. Bunu sizə təbliğ etdiyimdə hamınız mənə: 'Yalan danışdın' demişdiniz- Əbu Bəkr isə: 'Doğru söylədin' demiş və mənə canı ilə, malı ilə yar və yardımcı olmuşdu*' buyurdu.
    Sonra Rəsulullah iki dəfə:
    - "İndi sizlər mənim bu dostumu, bu nisbəti və bu xüsusiyyəti, ilə mənə buraxarsınız deyilmi?" buyurdu.
    Ravi Ebu'd-Derda: Əbu Bəkr, haqqında Peyğəmbərin ortaya qoyduğu bu böyütmədən sonra artıq Onun xətiri üçün heç incidilmədi, demişdir. (Buxari)

    2. .......İbn Abbas belə demişdir: Mən, Ömər ibnu'l-Hattab tabutu üzərinə qoyulmuş olduğu halda onun üçün Allaha dua edən camaatın içindəydim. Bu sırada bir adam arxamda dirsəyi-ni çiyinim üzərinə qoymuş halda belə deyirdi:
    - (Ya Ömər!) Allah sənə mərhəmət etdi. Mən şübhəsiz Allahın səni iki dostunla (Peyğəmbər və Əbu Bəkrlə) birlikdə bulunduracağına qüvvətlə ümid edirdim. Çünki mən, Rasulullah(S)dan çox vaxt: "Mən, Əbu Bəkr və Ömərlə belə oldum; mən Əbu Bəkr və Ömərlə belə etdim; mən Əbu Bəkr və Ömərlə buraya getdim" deyərkən eşidərdim. Bunun üçün mən, Allahın səni şübhəsiz iki dostunla birlikdə saxlayacağına qüvvətlə ümid edırəm.
    (İbn Abbas dedi ki: Bir də dönüb baxdım ki, bu sözləri söyləyə Əli ibn Əbi Talibdır. Buxari

    3. Əbu Hüreyrə (r.a.)dan rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu: "Hər kimin bizə bir yaxşılığı toxunmuşsa mütləq ona qarşılığını vermişik. Əbu Bəkir xaric, çünki onun bizim yanımızda elə bir yaxşılığı vardır ki Allah onu qiyamət günü mükafatlandıracaq. Əbu Bəkirin malının bizi faydalandırdığı qədər heç kimin malı bizi faydalandırmamışdır. " (İbn Macə, Müqəddimə: 27)

    4. Rəsulullah və yoldaşları oturmuşlardı. O zaman 38 adam idilər. Həzrəti Əbu Bəkir ayağa qalxaraq insanları Allaha və Rəsuluna çağıran bir söhbət etdi. Bu danışma üzərinə müşriklər Həzrəti Əbu Bəkirə və digər Müsəlmanlara hücum etməyə başladılar, məscidin ətrafında olanları və Həzrəti Əbu Bəkiri də çox şiddətli bir şəkildə döydülər. Ukbe min Rəbiyə, Həzrəti Əbu Bəkirə yaxınlaşaraq ayağındakı altı mismarlı ayaqqabılarıyla üzünə vurmağa və parçalamağa başladı. üzü gözü tanınmayacaq hala gələnə qədər qarını üzərində təpindi. Teym oğulları gələrək müşrikləri Həzrəti Əbu Bəkirdən uzaqlaşdırdılar və onu öldü zənn edərək, bir çuvala qoyaraq evinə apardılar.

    Həzrəti Əbu Bəkir, bundan sonra, uzun bir müddət özünə gələ bilmədi. Atası və Teym oğulları, Onu ayıltmak üçün çox çalışdılar. Ancaq axşama doğru özünə gələ bildi, gözlərini açar açmaz, əzik bir səslə; (Rəsulullah nə edir? O, nə haldadır? Ona da dil uzatmışlar, təhqir etmişlərmi) deyə bildi. (Həyatdadır, halı yaxşıdır) deyildi. Həzrəti Əbu Bəkir, (Vallah, Rəsulullahı gedib görmədikcə, nə yemək yeyərəm, nə də bir şey içərim!) dedi. Anası, (Sən, indi bir az gözlə, hər kəs yatsın sonra) dedi.

    Hər kəs yatıb, ortalıq tənhalaşınca, Həzrəti Əbu Bəkir, anasına söykənərək, yavaş yavaş Rəsulullahın yanına vardı. Sarılıb öpdü. Müsəlman qardaşlarıyla qucaqlaşdı. Həzrəti Əbu Bəkirin bu halı, Peyğəmbər əfəndimizi çox üzdü. Həzrəti Əbu Bəkir, (Ya Rəsulullah! Atam, anam sənə fəda olsun! Bu yanımdakı da, məni dünyaya gətirən anam Selmadır. Onun haqqında dua buyurmanızı xahiş edirəm. Ümid edilər ki, Allahu təala, Onu sənin hörmətinə Cəhənnəm atəşindən qurtarar) dedi. Bunun üzərinə Peyğəmbərimiz, Selmanın Müsəlman olması üçün Allahu təalaya yalvardı. Rəsulullahın duası qəbul olundu. Anası da hidayətə qovuşub Müsəlmanlığı qəbul etdi. Beləcə ilk Müsəlmanlardan biri olmaqla şərəfləndi. (əl-Bidaye ven-Nihaye, Tabakatı İbni Sad, Tarixi Hulefa, İslam Alimləri Ensiklopediyası)

    5. Rəsul əleyhissalam, vəfatından 8 gün əvvəl, Həzrəti Əbu Bəkiri öz yerinə imam təyin buyurdu. Bir səfərində də, Həzrəti Əbu Bəkir olmadığı üçün, Həzrəti Ömər imam oldu. Rəsul əleyhissalam, Həzrəti Ömərin səsini eşidincə, (Xeyr, xeyr, Allahu təala və Müsəlmanlar Əbu Bəkirdən razıdır, namazı Əbu Bəkir qıldırsın!) buyurdu. (İ. Əhməd)
0 0 0
  • Cübeyr b. Mutum (r.a.)dan rəvayətə görə, belə xəbər vermişdir: Bir qadın Peyğəmbər (s.ə.v)a gələrək bir mövzu haqqında Onunla danışdı və Rəsulullah (s.ə.v.), ona bir sonrakı gəlişində bir şeylər verilməsini əmr etdi. Qadın dedi ki: Ey Allahın Rəsulu! Gəldiyimdə sizi tapa bilməzsəm nə əmr edərsiniz? Rəsulullah (s.ə.v.): "Məni tapa bilməzsənsə, "Əbu Bəkirə gəl" buyurdu. (Buxari, Menakıb: 27; Müslim, Fedail: 17)

    * Ömər b. Xəttab (r.a.)dan rəvayətə görə, belə demişdir: Rəsulullah (s.ə.v.), maliyyə tərəfdən kömək etməmizi əmr etmişdi. Bu əmr varlıqlı olduğum bir zaman olmuşdu. Mən də Əbu Bəkiri bir gün keçə bilsəm onda bu gün keçərəm dedim, malımın yarısını gətirib Rəsulullah (s.ə.v)a təslim etdim. Rəsulullah (s.ə.v.): "Ailənə uşaqlarına nə saxladın?" dedi. Mən də: "Gətirdiyim qədərini" dedim. Sonra Əbu Bəkir əlindəkinin hamısını gətirdi. Rəsulullah (s.ə.v.): "Ailənə nə saxladın?" buyurdu. Əbu Bəkir də: "Allah və Rəsulunu saxladım" deyə cavab verdi. Bunun üzərinə mən: "Heç bir yaxşılıqla Əbu Bəkiri keçə bilmərəm" dedim. (Əbu Davud, Zəkat: 27; Darımı, Zəkat: 27; Darımı, Zəkat: 17)

    * İbn Ömər (r.a.)dan rəvayətə görə, Peyğəmbər (s.ə.v), Əbu Bəkirə belə dedi: "Hovuz başında yoldaşım və mağarada yoldaşım sənsən." (Tirmizi rəvayət etmişdir.)

    * Əbu Səid əl Hudri (r.a.)dan rəvayətə görə, Peyğəmbər (s.ə.v), minbər üzərində oturdu və: Allah bir qulunu dünya nemətlərindən ona dilədiyini verməklə öz qatındakı nemətlər arasında sərbəst buraxdı da o qul Allah qatındakı nemətləri seçdi buyurdu. Bunun üzərinə Əbu Bəkir: "Ey Allahın Rəsulu! Ana və atalarımızı sənə fəda edərik." Biz çaşdıq qaldıq, Peyğəmbər (s.ə.v) bir quldan bəhs edir O da anamız atamız fəda olsun deyir, dedilər. Nə var ki sərbəst buraxılan kimsə Rəsulullah (s.ə.v)ın özü idi. Bu mövzunu ən yaxşı bilən də Əbu Bəkir idi. İnsanlardan yoldaşlığında və malında mənə ən comərd davranan Əbu Bəkirdir. (Buxari, Salat: 27; Müslim, Fedail: 17)

    * Aişə (r.anha)dan rəvayətə görə, Peyğəmbər (s.ə.v) son xəstələndiyində: "Əbu Bəkirə söyləyin camaata namaz qıldırsın" buyurmuşdu. Aişə: "Ey Allahın Rəsulu! Əbu Bəkir sənin yerinə imamlığa keçsə ağlamaqdan camaata səsini eşitdirə bilməz, Ömərə əmr et camaata namazı O qıldırsın" dedi. Rəsulullah (s.ə.v.), yenə: "Əbu Bəkirə söyləyin camaata namazı O qıldırsın" buyurdu. Aişə dedi ki: "Ey Hafsa! Rəsulullah (s.ə.v)a söylə Əbu Bəkir sənin yerinə imamlığa keçsə ağlamaqdan səsini camaata eşitdirə bilməz, Ömərə əmr et camaata namazı o qıldırsın." Hafsa dediyimi etdi. Peyğəmbər (s.ə.v) belə buyurdu: "Şübhəsiz siz Yusufun zamanındakı qadınlar kimisiniz. Əbu Bəkirə əmr edin insanlara namazı O qıldırsın."Artıq Ebu Bekirə emr etdiler, o da cemaata namazı qıldırdı...
    (Müslim)
0 0 0
  • Əbu Hüreyrə həzrətləri deyir ki, Rəsulullah buyurdu ki:
    (Bir kimsə əşyadan bir cüt şeyi sədəqə etsə, fisebilillah Cənnət qapılarından dəvət olunar. Cənnət üçün qapılar vardır. Hər kim ki namaz əhlindəndir, namaz qapısından dəvət olunar. Hər kim ki cihad əhlindəndir, cihad qapısından dəvət olunar. Hər kimsə ki sədəqə əhlindəndir, sədəqə qapısından dəvət olunar. Hər kimsə ki oruc əhlindəndir, reyyan qapısından dəvət olunar.) Əbu Bəkir dedi ki, ya Rəsulullah! Bu qapıların hər birindən çağırılanlara bir müşkilat yoxdur. Lakin, bu qapıların hamısından çağırılan kimsə vardırmı? Rəsulu əkrəm buyurdu ki:
    (Bəli, sən o kəslərdənsən.) [Buxari, Müslim]

    Yenə Əbu Hüreyrə həzrətləri deyir ki, davamla Rəsulullah buyurdu ki:
    (Bu gün sizin içinizdə oruclu olan vardırmı?) Əbu Bəkir, mən orucluyam dedi.
    Yenə buyurdu ki: (Sizdən bu gün kim cənazə işlərində iştirak etdi?) Əbu Bəkir, mən iştirak etmişəm dedi.
    Yenə sual buyurdu ki: (Sizdən bu gün, bir kasıba kim yemək verdi?) Əbu Bəkir, mən verdim dedi.
    Yenə sual etdi ki: (Sizdən bu gün, kim xəstə ziyarətinə getdi?) Əbu Bəkir, mən getdim dedi.
    Bunun üzərinə Rəsulullah buyurdu ki:
    (Bu xüsusiyyətlər bir kimsədə bir yerdə olunca, o kimsə [hesabsız] Cənnətə girər.) [Mesabih]
0 0 0