Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi aparatının əməkdaşları 2 dəfə ixtisar olunacaq.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, 10 min nəfərin ixtisar olunması deməkdir.
Rusiya prezidenti Dmitri Medvedev perspektivdə milisin avtomobillərə texniki baxış keçirməsinin dayandırılacağını, bu səlahiyyətinin səhiyyə orqanlarına veriləcəyini bildirib.
Qeyd edək ki, Dmitri Medvedev bu gün Daxili İşlər Nazirliyi sistemində islahatlarla bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib. Qanun layihəsində cinayətə yol verən milislərin daha sərt cəzalandırılması nəzərdə tutulur. Dmitri Medvedev yaxın zamanlarda Daxili İşlər Nazirliyində bir neçə kadr dəyişikliyi edəcəyini də söyləyib.