Fanatları ilə görüşən müğənni onlarla şəkil çəkdirəcəyinə söz verdi
Müğənni Röya Ayxan fanatları ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, Röya bu görüşdə yeni klipini də təqdim edib.
Müğənni ilə görüşə gələnlərə onun təsis etdiyi "Röya" jurnalı da verilib. Görüş ərzində Röyanın yüksək əhval-ruhiyyəsi olduğu nəzərdən qaçmayıb. O, pərəstişkarları ilə zarafat edib.
Adətən fanatları ilə şəkil çəkdirməyən Röya bu dəfə ənənəni pozacağına və görüşdən sonra onlarla şəkil çəkdirəcəyinə söz verib.
Sonra onun ilk klipi nümayiş olunub. İlk klip nümayiş olunandan sonra fanatlar özləri hazırladığı klipi Röyaya hədiyyə ediblər. Pərəstişkarları onun "Neyləyim" mahnısını oxuyub. Röya isə ilk dəfə olaraq "Qısqanıram" mahnısını fanatları qarşısında ifa edib.
Görüşün sonunda Röya fanatlarının suallarına cavab verib.