Türkiyənin məşhur müğənnilərindən Hülya Avşar sözləri Sona Vəliyeva, musiqisi Ruslan Səfəroğluna məxsus olan "Yollara yağış yağır" mahnısını bəyənib və yeni albomuna daxil etmək fikrindədir.
Lent.az-ın məlumatına görə bu barədə musiqinin bəstəkarı Ruslan Səfəroğlu məlumat verib. Bəstəkar bildirib ki, mahnı dinləməsi üçün Hülya Avşara göndərilib və o mahnını çox bəyənib.
Qeyd edək ki, mahnını daha öncə Bəyimxanım Mirzəliyeva oxuyub.