Next qrupu dəmir barmaqlıqlar arxasında

Son güncelleme: 19.02.2010 08:34
  • noimage

    Fevralın 21-də müğənni Elnarə ilə "Face" klub səhnəsində konsert verəcək.

    Konsert zamanı qrup üzvləri dəmir barmaqlıqlar arxasında qalacaq. Bu barədə Lent.az-a "Face" klubun PR meneceri Eldar Hüseynzadə məlumat verib.

    Qrup üzvlərinin əlçatmaz olacaqları yer isə sən demə, qəfəs imiş. Klub səhnəsində qəfəs şəklində analoqu olmayan dekor qurulacaq. Müğənni Elnarə də qrup üzvlərinə qarışıb, dəmir barmaqlıqlar arxasından çıxış etməli olacaq. Qeyd edək ki, bu, qrup üzvlərinin tamaşaçılara sürprizidir. Elnarə isə öz tamaşaçılarını hələlik intizarda saxlayacaq: "Mənim sürprizim daha ürəkaçandır. Bu, fanatlara və bizi izləyənlərə əsl hədiyyə olacaq".

    Qeyd edək ki, konsertə Lent.az xəbər portalı informasiya dəstəyi verir.

    Lalə Yusifqızı
#19.02.2010 08:34 0 0 0