Lobya fisincanı

Son güncelleme: 19.02.2010 10:39
  • Qırmızı lobya - 100 q, baş soğan - 30 q, ərinmiş yağ - 20 q, qoz ləpəsi - 30 q, sirkə - 20 q və ya nar şirəsi - 15 q, keşniş göyərtisi - 20 q, istiot, duz.

    Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
#19.02.2010 10:39 0 0 0