Göyərti küküsü

Son güncelleme: 19.02.2010 10:38
  • Göyərti küküsü

    Yumurta - 2 əd., göy soğan - 25 q, keşniş - 15, şüyüd - 10 q, ispanaq - 30 q, ərinmiş yağ - 30 q, istiot, duz

    Keşniş, şüyüd, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır. Küküyə bə`zən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir. Tavada yağı qızardıb göyərti ilə çalınmış yumurtanı oraya tökür və üstünü hamarlayırlar. Yumurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb qızardırlar. Süfrəyə verdikdə üzərinə yağ tökür və yanına qatıq qoyurlar.
#19.02.2010 10:38 0 0 0