"British Journal of Psychology" jurnalında bir araşdırmada qadın və kişilər arasında olan görmə fərqi dərc olunub.
48 nəfərlik kişi və qadından ibarət bir qrup üzərində aparılan tədqiqat zamanı müxtəlif məsafələrdə kağızlar yerləşdirilmiş və iştirakçılara lazerlə həmin kağızların üzərindəki hədəflərin mərkəzlərini göstərmək tapşırılıb.
Kağız bir metr məsafədə olan zaman kişilər qadınlardan daha diqqətli olduğu halda məsafə 50 sm-ə çatdırıldıqda isə qadınlar üstünlük əldə ediblər.
Yekun olaraq müəyyən olunub ki, qadınlar yaxın məsafəni daha yaxşı gördükləri halda kişilər uzağı daha aydın görürlər.