Nələri İtiririk

Son güncelleme: 20.02.2010 00:12
  • Her uşaq gördüyümdə qəribə olaram...Sanki ağ bir vərəqə baxarmış kimi hiss edərəm özümü...Nece saf,təmiz varlıqlardır...Necə yalansız,dürüstdürlər...Həqiqəti onlardan öyrənmək o qədər asandırki sadəcə soruşmağın yetər hər şeyi açıq aydın deyərlər çünki yalanın mənasını belə bilməzlər...
    Bir gün bir balaca çox kiçik bir şey yalnış demişdi,yalan deyil yalnış...Mən ona bu etdiyinin yalan oldugunu və yalan söyləyənlərin aqibətinin çox pis olacağını başa saldım...Daha yalanın nə olduğunu belə bilməyən gözlər elə məsumca,ümidsiz baxdıki mənə...

    "İndi mənim axırım pismi olacaq?" deyə soruşdu:"Bilirəm pis olanlar cəhənnəmə gedirlər,mən ora getmək istəmirəm" deyərək hıçqıraraq ağladı...Mən isə nə edəcəyimi nə deyəcəyimi bilməyib bir anlıq donub qaldım...Fikirləşdim hər kəsin həyatında yalan vardır,hər kəs yalan danışar eləcədə mən özüm...Bu balacaya yalanın çox pis bir şey olduğunu və sonunun dəhşətli qurtaracağını aşılamağa çalışan mən özüm belə bəzən yalan danışıram...

    Hələ pisliyin,yalanın nə olduğunu bilməyən balaca böyüdükcə artıq hər seyi çox gözəl anlayacaq:həm duyaraq,həm görərək...Oda bizim dünyaya uyğunlaşacaq,oda bəzən yalan danışacaq özünü müdafiə etmək üçün vəya öz xeyirinə görə...Oda bizlərdən biri olacaq və beləliklə dünya elə bu axarlada davam edəcək..."Yalansız dünya mövcud ola bilərmi?" deyə öz-özümü ünvanladım sualı...

    Balaca mənə sual verir mənsə özümə...O qədər bilmədiklərim varki elə bu balaca ürək kimi...O qədər anlamadığım,cavabsız suallar varki...Məndən cavab gözləyərək baxan o məsum gözlərin qarşısında nə deyəcəyimi bilmədim...

    Balaca,yalnız sənin anlamadığın,cavabını bilmədiyin sualları illərcə səndən böyük olmağıma baxmayaraq mən belə bilmirəm...Axı sənə nə deyim?Elə baxırdıki sanki deyəcəyim hər sözə inanacaq...Mənsə nə deyəcəyimi bilmədən yenədə cavab verdim:"Yalan yaxşı deyil balaca...Hələ sənin kimi saf,məsum baxan gözlərə,hələ tikan dəyməyən barmaqlarına,hələ büdrəməyən ayaqlarına,hələ acı nədir yalan nədir bilməyən ürəyinə heç yaraşmaz...Yalan söyləməməyə çalış balaca...Pislik etməməyə çalış...Doğruları söylə,yaxşı insan ol...Sizlər,sənin kimi balacalar dünyanın gələcəyini Cənnətə çevirsin,bizlərdən olmayın...Siz dünyada Cənnət yaradın balaca..."
#20.02.2010 00:12 0 0 0