Oyuncaq, yoxsa təhlükə

Son güncelleme: 22.02.2010 01:24
  • noimage
    Məlum olub ki, satışdaki Çin istehsalı oyuncaqların əksəriyyəti mənşəyi bəlli olmayan məhsullardan hazırlanır və olduqca təhlükəlidir

    Müxtəlif kimyəvi maddələrdən hazırlanan keyfiyyətsiz və saxta oyuncaqlar uşaqlar üçün təhlükəlidir. Reydin məqsədi də belə oyuncaqları aşkara çıxarmaqdır.

    Gəncədə xeyli sayda mənşəyi məlum olmayan və sertifikatsız uşaq oyuncaqları aşkarlanıb. Reydi Standartllaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əməkdaşları aparıb.

    Reydlər nəticəsi göstərir ki, edilən xəbərdarlıqlar nəticəsizdir. Dəfələrlə mütəxəssislər tərəfindən bəyan eidlib ki, əsasən Çin istehsalı olan bu oyuncaqlar uşaqlara sevinc bəxş etməklə yanaşı onların sağlamlığına da mənfi təsir göstərir. Reydlər zamanı xəbərdarlıq edilib ki, uşaq oyuncaqlarının satışı zamanı satıcılar mütləq alıcılara bu məhsulların uyğunluq sertifikatı və təlimatlarını da təqdim etsinlər.



    Belə oyuncaqların satışı ilə məşğul olan fiziki şəxsləri inzibati xətalar məcəlləsinə uyğun olaraq 2 min manatdan 5 min manata qədər, hüququ şəxləri isə 3 min manatdan 10 min manata qədər cərimə sansiyası gözləyir. Komitə isə uşaq ili çərçivəsində bu qəbildən olan reydləri davam etdirəcək.
#22.02.2010 01:24 0 0 0