İlk görüşdə gülümsəmək olduqca vacib bir detaldır. Şirin yoxsa kamilcəsinə gülüşünüz var? yoxsa qeyri səmimilik və ya zorla gülümsəməyiniz var? Dişlərinizin arasında yemək qırıntıları və ya salat yediyinizdən sonra dişinizdə heç bir qırıntıların olmadığına əmin olun.
2. Saçınız.
Saç stiliniz çox vacibdir. Arxaya doğru jelelənmiş, nəm kimi saçlara çoxda üstünlük verilmir artıq. Saçlarınızı üz cizgilərinə uyğun, yumşaq və gözəl qoxulu olmağı vacibdir. Görüşə getmədən öncə ilk əvvəl saçlarınızın dibinə də, diqqət yetirin. Ola bilsin ki, başınızda kəpək var. Və bu hal olduqca utanılası bir haldır.
3. Makyajınız.
İlk görüşdə, ifrat dərəcəsində maskiyajdan istifadə etmək məsləhət görülmür. Makiyajınızın təbii olmasına üstünlük verin. Kişilərin belə bir problemi yoxdur ancaq üzünüzü təmizlədikdən sonra üzünüzə sürtdüyünüz lasyon önəmlidir. Dərinizi yumşaldan və gözəl qoxulu olan kosmütik vasitələrdən istifadə etməyiniz tövsiyyə edilir.
4. İlk görünüş dekolteniz.
Görünüş, dekolte kişilərin nəzər saldığı bölgədir. İfrat dərəcədə olmamaq şərtilə bu bölgənizə bir az diqqət etməyiniz məsləhət görülür. Bədəninə güvənən kişilər də, köynəklərinin ilk iki düyməsini bağlamamağa üstünlük verir. Xanımlar isə sinə hissələrini elə də açıq qoymağa can atmasınlar.
5. Dəriniz.
Üz dərinizdəki ləkələr sizi narahat edir? Bəxtiniz gətirib ki, çox kişilər buna elə də diqqət yetirmir. Onların ilk nəzərinə çarpan şey, bədəniniz və səmimiyyətinizdir. Eyni şəkildə qadınlar da, elədir. Üz dərinizə uyğun ənlik vurmağınız kifayət edər.
6. Çantanız.
Qadınların çantasından nələr çıxmaz ki? Nəmləndirici solfetlər, makiyaş çantası, pul kisəsi, və daha nələr. Kişilərin ən diqqət etdiyi şey çantanızdır! İlk görüşdə onları qorxutmamaq üçün iri çanta ilə görüşə getməyin. Həmçinin bir kişinin də , ilk görüşə çanta ilə getməyi düzgün deyil.