Hekayə Novella Oçerk

Son güncelleme: 23.02.2010 19:21
  • HEKAYƏ- kiçik həcmli, süjetli əsərlərin bir növü də hekayədir. Hekayənin əsas xüsusiyyəti insan həyatının konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvir olunmasıdır. Hekayə daha çox nəsrlə yazılır. Nəzmlə yazılmış hekayələr də vardır. Bu cür hekayə mənzum hekayə adlanır. Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani bir sıra mənzum hekayələr yazmışlar. Ədəbiyyatımızda nəsrlə ilk hekayələri A. Bakıxanov və İsmayıl bəy Qutqaşınlı yazmışdır. Hekayə janrının ən yaxşı nümunələri XX əsrdə yaranmışdır.

    HEKAYƏLƏRİMİZDƏN BİR AZI:

    "Kitabi-Əsgəriyyə"- Abbasqulu ağa Bakıxanov
    "Ata və oğul", "Ayın şahidliyi", "Mütrib dəftəri", "Şikayət", "Qiraət", "Şəbih", "Acından təbib Dəccəlabad", Bomba", "Şair" - Əbdürrəhim bəy Haqverdiyev
    "Əbdi-qılaf və məhfəzə qulu"- Əlibəy Hüseynzadə
    "Poçt qutusu", "Kişmiş oyunu", "Usta Zeynal", "İranda Hürriyyət", "Qurbanəli bəy", "Quzu", "Konsulun arvadı"- Cəlil Məmmədquluzadə
    "Köç", "Məktub yetişmədi"- Abdulla Şaiq
    "Aslan və Fərhad", "Mənsur və Sitarə", "Gülzar","Dilbər", "Gülər", "Dilarə", "Firuzə"- Cəfər Cabbarlı
    "Şahqulunun xeyir işi", "Cənnətin Qəbzi"- Yusif Vəzir Çəmənzəminli
    "Qoyun qırxımı", "Bahar suları", "Qan intiqamı", "Xavər", "Nişan üzüyü"- Mehdi Hüseyn
    "Qarımış oğlan", "Uxajor", "Mirzə İman", "Durna", "Sən ey qadir məhəbbət", "Tar", "Qarı dağı", "Apardı sellər Saranı", "Yun şal", "Qırçı və Qızılgül"- İlyas Əfəndiyev

    NOVELLA- Hekayə janrının gözlənilməz nəticə ilə bitən növünə novella deyilir. Novella həm də yumorlu, gülməli məzmun daşıyır. Ə. Haqverdiyevin "Bomba" hekayəsi novelladır. Novella nəsrlə yazılır.

    OÇERK- Kiçik həcmli, sujetli əsərlərin bir növü də oçerkdir. Bu janr ədəbiyyatımızda son dövrlərdə ortaya çıxmışdır. Oçerkdə həyatda olmuş konkret bir hadisə haqqında yığcam şəkildə danışılır. Oçerk daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur. Əsasən nəsrlə olur. Səməd Vurğunun, M. Müşfiqin bəzi kiçik həcmli poemaları da oçerk səciyyəsi daşıyır.
#23.02.2010 19:21 0 0 0