10 yaşında ərə verilən qızın ilk gecəsi

Son güncelleme: 23.02.2010 22:31
  • noimage

    Bədənim o qədər ağrıdı ki, ağlayaraq bağırmağa başladım"

    Yəməndə 10 yaşlı qızın başına gələnlər BMT-nin İnsan Haqları üzrə Ali Komitəsinin gündəmindədir.


    Lent.az-ın "internethaber.com" saytına istinadən verdiyi məlumata görə, orta məktəbdə oxuyan Aişə adlı qızı atası 1000 dollar başlıq pulu qarşılığında yaşlı bir kişiyə ərə verib.


    Məktəbdən gələn Aişə bir gün başqa bir kənddə tanımadığı bir yaşlı insanın evinə gəlin göndərilib. Aişə yemək bişirmək, evi təmizləmək və yaşlı əri ilə sekslə məşğul olmaqdan ibarət olan evliliyinin ilk gecəsi yaşadığı dəhşəti danışıb: "Yerə bir mələfə sərdi, məni üzərinə uzatdı, o şeydən sonra qanama oldu. Bədənim o qədər ağrıdı ki, ağlayaraq bağırmağa başladım. O gündən mən həmin insanı ölümün özü kimi görürəm".


    Yaşlı kişi ilə yatmaq istəməyən Aişənin atası çağırılıb və 1000 dolları geri qaytarıb, qızını aparması istənilib. Amma pulu geri qaytarmağa gücü çatmayan atası ona içərisində dərmanlar olan bir fincan çay verib: "Dərman başımı ağrıtdı. Atam ərimlə yatmağımı istədi, əks təqdirdə məni öldürəcəyini söylədi. Ancaq mən rədd etdim. Dərmanın təsirindən yatmamaq üçün başımda şüşəni sındırdım. Atam inadımı görüb, məni çox pis şəkildə döydü. Ağzımdan və burnumdan qan gəlirdi".


    Əri Aişəni döyərək və uyuşdurucu dərmanla yatırdaraq onunla bir neçə ay yaşayıb. Sonda Aişə evdən qaçmağı bacarıb. Ancaq indi 12 yaşı olan Aişə hələ də qoca ərindən boşana bilmir. Çünki Yəmən qanunlarına görə, qız uşağı 15 yaşından əvvəl yalnız ata və anasının icazəsi olduğu halda evləndirilə bilər. Eyni zamanda yalnız 15 yaşları tamam olandan sonra boşanmaq üçün məhkəməyə üz tuta bilərlər.


    Aişənin vəkili Şada Muhammed Nasır isə baş verənlərin evlilik deyil, zorlama olduğunu bildirir.

    Qaynaq:LENT.AZ
#23.02.2010 22:31 0 0 0