Həyatınızı xilas edəcək 16 ipucu

Son güncelleme: 24.02.2010 12:28
  • 1.Dırnaqlar
    Dırnaqlarınıza diqqətlə baxın. Əgər azca mavilik ya da bənövşəyi rəng görsəniz bu ürək xəstəliyinizin olduğunu bildirir. Dırnaqlarınızın həddindən artıq qalın olması nəfəs alma, hətta ağciyər problemlərinizin olduğunu göstərir.

    2. Nəfəsiniz
    Əgər dəqiqədə 15 dəfə və daha az nəfəs alıb verirsinizsə, deməli sağlam ciyərlərə sahibsiniz. Əgər 25 dəfə nəfəs alıb verirsinizsə, o zaman sağlamlığınıza diqqət yetirməlisiniz.

    3. Gözlər
    Aynada gözlərinizdən birinə baxın. Ətrafında ağ bir dairə varsa xolesterol səviyyəniz yüksəkdir. Bu eyni şəkildə yaxınlaşan ürək problemlərinin də ən böyük xəbərçisidir.



    4. Ovucunuzun içinə baxın
    Ovucunuzun içinə diqqətlə baxın. Əgər qırmızı və ləkəlidirrsə, deməli qaraciyərinizdə problem var.

    5. Yaddaşınız
    Bir nimçənin üstünə təsadüfi 10 əşya qoyun. Nimçəyə yalnız 10 saniyə baxın. Neçə dənəsini xatırlaya bildiniz? Yaxşı bir yaddaşınızın olması Alzheimerlə qarşılaşma riskinizin daha az olacağını deyir.


    6. Əzələləriniz
    Uzanın. Qıçlarınız dümdüz olsun. Bir qıçınızı qaldırın. Bir adamın ayağınıza basmağını istəyin. Əgər qıçınız yerə düşürsə, əzələlərinizdə zəiflik olduğu mənasını verir.

    7. Görünüş
    Gözünüzün altında, almacıq sümüyünün üzərinə bir xətkeş yerləşdirin. Sonra xətkeşin üstünə bir kredit kartı yerləşdirin kartı ən rahat oxuduğunuz uzaqlığı ölçün.
    Nə qədər yaxına gəlirsə-gəlsin kartı rahat oxuya bilirsinizsə, bu göz sağlamlığınızın yaxşı olduğunu xəbər verir.

    8. Tiroitsinizmi?
    Qollarınızı yerə paralel olaraq tam qarşınızda bir yerə uzanırmış kimi uzadın. Əllərinizə diqqət yetirin. Əgər əlləriniz bu mövqedə titrəyirsə, o zaman tiroit olma riskiniz çox.

    9. Düz getmək
    Yerə bir metr uzunluğunda bir xətt çəkin. Üzərində rahat rahat gedə bilirsinizsə, bədəninizin koordinasiyası yaxşı işləyir deməkdir.

    10. Doğum kilonuz
    Ananızdan doğulanda neçə kilo olduğunuzu soruşun. 3 kilodan az doğulmuşsunuzsa, ürək problemləriniz ola bilər.


    11. Beliniz qalındırmı?
    Bədən şəkliniz almaya bənzəyirsə, yəni yağlar belinizin ətrafında toplanırsa, ürək problemi var. Həyata riskiniz daha çoxdur.

    12. Tualet sıxlığı
    Hər 3 saatda bir tualetə birdən çox getmə ehtiyacınımı hiss edirsiniz? Diyabetin həyəcanlarından biri tez-tez tualetə getməkdir.

    13. Nəbziniz
    Nəbziniz nə qədər yavaş atırsa, o qədər uzun yaşayacaqsınız deməkdir. Yəni nəbziniz 70dən azdırsa, sağlamsınız.

    14.Dişlərinizi fırçalayın
    Əgər dişləriniz qanayırsa, ürəyiniz təhlükədədir.

    15. Barmaqlarınızın uzunluğu
    İşarə və üzük barmaqları eyni uzunluqda olan kəslərin infakt keçirmə riski daha çoxdur.

    16. Ayaq biləkləri
    Baş barmağınızla ayaq biləyinizin arxasına basın. Əgər basdığınız nöqtədə çox dərinlik meydana gəlirsə, onda ürək, ağciyər, böyrək problemləriylə qarşılaşa bilərsiniz.
#24.02.2010 12:28 0 0 0