Tərkibi: 100 qram şokolad, 60 qram şəkər, 100 qram süd, 250 qram qaymaq.
Hazırlanması: Öncə şokolad əzilərək bir qaba tökülür. Sonra bu qab içərisində qaynar su olan digər bir qabın içərisinə qoyulur. Elə ki şokolad əridi, onun üzərinə 20 qram şəkər və nəzərdə tutulmuş südü əlavə edilib qarışdırılır. Alınan kütlə soyudulur. Qaymaq qalmış 40 qram şəkərlə çalınaraq, şokoladlı kütləyə əlavə olunur. Qarışıq soyuducunun buz kamerasına qoyulur. Nəzərinizə çatdırırıq ki, şokoladın əvəzinə 40 qram kakao tozu və 40 qram şəkər də götürmək olar.