Abxaziyanın keçmiş lideri ölüb

Son güncelleme: 04.03.2010 09:23
  • noimage




    Abxaziya separatçılarının keçmiş lideri, 1992-1993-cü il müharibəsinin müəlliflərindən biri Vladislav Ardzinba Moskvada vəfat edib.

    Lent.az-ın "Qruziya Online" saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtındakı müxtəlif mənbələr bildiriblər.

    Qeyd edək ki, Ardzinba son vaxtlar ciddi xəstə olub. Onun bir neçə gün öncə təcili şəkildə Moskvada xəstəxanaya yerləşdirildiyi məlum idi. Abxaziya rəhbərliyi onun planlı müayinə üçün xəstəxanaya aparıldığını iddia etsə də, digər mənbələr onun ciddi xəstə olduğunu bildirirdilər.

    Qaynaq:LENT.AZ
#04.03.2010 09:23 0 0 0