1. Qartal üçün bir göyərçini məğlub etmək bir şərəf deyil...
2. Yaxşı o şəxs deyil ki, yalnız pislik etməsin,
O gərək heç pislik barədə düşünməsin də. (Demokrit)
3. Ölümün bizi harada gözlədiyini bilmirik, ona görə də biz onu hər yerdə gözləyək. (R.Montenye)
4. Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır. (F.Laroşfuko)
5. Əgər bir hədəfiniz yoxdursa, o hədəfi necə nişan ala bilərsiniz?
(E.Bono)
6. Gözləmədiyindən gözlədiyini gözləmə, gözlədiyindən gözləmədiyini gözlə...
7. Səhv qatara minmisinizsə, qatarın salonunda əks tərəfə getməyin heç bir mənası yoxdur.
8. Hər kəs xəta edir, ancaq axmaqlar xətalarında israr edirlər.
(M.T.Siseron)
9. İnsanın bir hadisə haqqında düşünə-düşünə çəkdiyi iztirab həmin hadisənin verdiyi əzabdan betərdir. (M.Monteqyu)
10. Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır. (L.A.Seneka)
11. İynəni tikməyi bacaran adama verirlər. (E.T.A.Hofman)
12. Tərifə laqeyd olanlar deyil, tənqidə diqqətli olanlar təvazökardır.
(J.P.İ.P.F.Rixter)
13. İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.
(İ.Nyuton)
14. Yaşamağın qayəsi xoşa gəlməyən şeylərdən qaçmaq deyil, xoşa gəlməyən şeylərə qalib gəlməkdir. (E.M.Forster)
15. Hər ümidin puça çıxandan sonra yeni bir ümidə sarılmaqdır yaşamaq.