Qadınlarla münasibət

Son güncelleme: 05.03.2010 23:23
  • # Evə döndüyünüz zaman ilk öncə onu qucaqlayın daha sonra işlə məşğul olun.
    # Günün necə keçdiyini soruşun, bir necə müəyyən suallar verin.
    # Qulaq asmağı və sual verməyi öyrənin.
    # Problemlərini həll etmək üçün yalnız sözlərlə kifayətlənməyin.
    # Ona müəyyən vaxt ayırıb diqqət yetirin (fikrinizi ona cəm edərək).
    # Bayram günlərində olduğu kimi adi günlərdə də güllər verin.
    # Birgə işlərinizi əvvəlcədən planlaşdırın.
    # Əgər onun nahar hazırlayarkən yorğunluğunu görürsünüzsə bu zaman ona bu işdə yardımçı olun.
    # Ona komplimentlər söyləyin.
    # Əgər onun məyus olduğunu görərsənizsə, hisslərinə hörmətlə yanaşın.
    # Ev işlərində ona yardımçı olun.
    # Onu tələsməyə vadar etməyin (xüsusən də harasa getməyə hazırlaşırsınızsa).
    # Əgər siz gecikirsinizsə bunu ona bildirin.
    # Xahişinə cavab olaraq könlünə dəymədən ya "bəli" ya da "xeyr" cavabını verin.
    # Əgər siz onun qəlbinə dəymisinizsə, bunun sizin günahınız olmadığını deməyin. Deyin: "Bağışla xətrinə dəymək istəmədim".
    # Əgər siz tənha qalmaq istəyirsinizsə bunu ona bildirin.
    # Əgər siz soyuq münasibətdəsinizsə sizi narahat edən problemləri müzakirə edin.
    # Əgər sizinlə danışırsa bu zaman oxuduğunuz qəzeti kənara qoyun və yaxud da baxdığınız televizordan üzünüzü ona tərəf çevirin.
    # Əgər adətən qab-qacaq yuyursa, arabir ona öz xidmətlərinizi təklif edin (əsasən də yorğun olarsa).
    # Əgər onun nədənsə pərişan olduğunu görürsünüzsə onu narahat edən səbəbləri soruşun.
    # Evdən çıxarkən nəyinsə almaq lazım olduğunu soruşun və tapşırıqlarını yerinə yetirməyi unutmayın.
    # Harasa getməyə hazırlaşırsınızsa bu barədə ona bildiriş verin.
    # Heç olmasa gündə üç dəfə onu oxşayın.
    # İşdən ona zəng edib hal-əhvalını öyrənin və yaxud da sadəcə olaraq "mən SƏNİ sevirəm" deyin.
    # Gündə bir dəfədən az olmayaraq ona: "Səni sevirəm deyin".
    # Öz yataq otağınızda səliqə-səhman edin.
    # Zibil qutusunu özünüz atın.
    # Gələcəkdə ezamiyyətdə olduğunuz zaman qaldığınız yerin telefon nömrəsini ona bildirin ki, sizinlə əlaqə saxlaya bilsin.
    # Bir yerdə vaxt keçirəcəyiniz otaqda səliqə-səhman edin.
    # Ona xoş gələn odekolondan istifadə edin.
    # Əgər xətrinə dəyiblərsə onun rəyi ilə razılaşın.
    # Onu masaj etməyi təklif edin.
    # Yanlnda olarkəm əm xoşbəxt insanın mehz siz olduğunuzu söyləyin.
    # Onun hekayələrini dinləyərkən səbirli olun.
    # Sizinlə hər hansı bir proqrama birgə baxdığı zaman digər proqrama keçid verməyin.
    # Ona kollektiv içində incəlik göstərməkdən çəkinməyin.
    # Əgər siz onun əlindən tutmusunuzsa öz əlinizin boşalmasına və iradəsiz olmasına yol verməyin.
    # Ona sevginizi hər vaistəylə bildirməyə çalışın.
    # İstirahət üçün məsləhət gördüyünüz bir necə yeri ona təklif edin.
    # Teatra, konsertə və onun xoşuna gələn başqa yerlərə getmək üçün bilet alın.
    # Onun geyim imicinin dəyişməsinə təbii yanaşın.
    # Cəmiyyət içində ona digərlərindən daha çox diqqət yetirin.
    # Qoy o sizin üçün uşaqlardan da vacib olsun.
    # Ona cüzi hədiyyələr verin.
    # Ona geyim hədiyyə edin.
    # Öz kitabçanızda onun şəklini saxlayın və çalışın ki, o bunu bilsin.
    # Onunla ilk tanışlıq gününun sizə yeni həyat verdiyini yadına salın.
    # Onunla bağlı olan əlamətdar günləri və illəri unutmayın.
    # Əgər onu maşında aparırsınızsa maşını təhlükəsiz və yavaş sürün.
    # Onun əhval-ruhiyyəsinə nəzər saldıqdan sonra deyin: "Sən bu gün sevincli görünürsən" və ya "Nədənsə qəmginsən. Nə isə baş verib?".
    # Əgər siz hər hansı bir yerə gedirsinizsə yadda saxlayın ki, yolu itirməyinizə cavabdeh sizsiniz.
    # Ona rəqs etməyi təklif edin.
    # Ona şer yazın.
    # Özünü ilk tanışlıqdakı kimi göstərin.
    # Uzun sürən qəzet oxunuşundan sonra onu maraqlandıra biləcək hər hansı bir məqaləni onunla müzakirə edin.
    # Qapını açarkən ilk olaraq ona yol verin.
    # Onun hazırladığı naharı tərif edin.
    # O sizinlə söhbət edərkən nəzərinizi ondan yayındırmayın.
    # Söhbət əsnasında onun incə əllərinə toxunun.
    # Gün ərzinə onun nə ilə məşğul olduğu barədə maraqlanın.
    # Ona qulaq asarkən söhbətin maraqlı olduğunu ona bildirin.
    # Ondan soruşun: "Özünü necə hiss edirsən?".
    # Əgər o yorulubsa ona kofe hazırlayın.
    # Yatmağa gedərkən eyni vaxtda gedin.
    # Qapıdan çıxmazdan öncə onu öpməyi unutma.
    # Onun zarafatlarına gülün.
    # Onun sizə etdiklərinə görə öz minnətdarlığınızı bildirin.
    # Onunla ikilikdə qalmaq üçün vaxt ayırın.
    # Onsuz darıxdığınızı ona bildirin.
    # Onun sevdiyi şirniyyatları alın.
#05.03.2010 23:23 0 0 0