Tarixte Bugün - 7 Mart

Son güncelleme:


  • 7 mart. İlin sonuna 299 gün qalır

    321. Roma imperatoru Konstantinin əmri ilə həftənin bazar günü istirahət günü kimi elan edilib

    1792. Fransız həkim Antuan Lui yeni edam maşını (qilyotin) barədə Senatda məlumat verib

    1876. Aleksandr Bell telefona patent alıb

    1906. 24 yaşdan yuxarı bütün Finlandiya vətəndaşları səsvermə hüququ əldə edib

    1920. Suriya Milli Konqresi ölkənin müstəqilliyini elan edib

    1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib

    1926. Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində vəfat edib. Aşığın məzarı 20-ci əsrin sonlarında erməni vandalizminin hədəfinə çevrilib

    1957. Amerika senatı "Eyzenhauer doktrinası"nı qəbul edib. Bu konsepsiya Yaxın Şərq ölkələrinin müstəqilliyinin müdafiəsini nəzərdə tuturdu

    1966. Fransa prezidenti Şarl de Qoll ölkəsinin NATO-dan çıxdığını açıqlayıb

    1974. Federativ və Demokratik Almaniya arasında diplomatik nümayəndəliklərin açılması haqqında razılıq əldə edilib

    1989. İran İngiltərə ilə diplomatik əlaqələri kəsib

    1994. Azərbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

    2003. ABŞ, Britaniya və İspaniya Səddam Hüseynə ultimatum göndərib

    Günün aforizmi

    "Ov keçdi bərədən ata bilməzsən,
    Uçdu getdi əldən, tuta bilməzsən,
    Yerisən yüyürsən çata bilməzsən,
    Görürsən ki baxtın yatdı, sən də yat"

    Aşıq Ələsgər.


0 0 0