Ramazan Ayının gündəlik duaları

Son güncelleme: 08.03.2010 07:43
  • 1-ci gün: Ey Allah! Mənim orucumu həqiqi oruc tutanlardan qərar ver!Gecələri ibadətimi həqiqi ibadət edənlər kimi qərərar ver! Məni qəflət yuxusundan ayılt! Günahlarımdan keç,ey aləmlərin Allahı!
    2-ci gün: Ey mehriban Allah! Məni bu gündə öz razılığına yaxın et! Məni öz qəzəbindən və əzabından uzaq et! Quranı oxumağa məni müvəffəq et! Ey rəhm edənlərin mehribanı!
    3-cü gün: Ey mehriban Allah! Mənim bu gündə zehnimi və huşumu ayıq et! Məni ağılsızlıqdan və düşüncəsizlikdən uzaq et! Hər xeyiri mənə nəsib et! O xeyir ki,sən onu bu ayda nazil etmisən! Ey bəxş edənlərin ən səxavətlisi.
    4-cü gün: Ey Allah! Bu gündə öz əmrlərini yerinə yetirməkdə mənə istiqamət ver! Zikrinin şirinliyini mənə bildir! Şükrünü yerinə yetirməkdə mənə İlham ver!Məni öz himayə pərdəndə hivz et.! Ey görənlərin ən bəsirətlisi.
    5-ci gün: Ey Allah! Məni bu gündə bağışlanmışlardan qərar ver və öz saleh bəndələrindən qərar ver! Məni ən yaxın dostlarından hesab et! Ey rəhm edənlərin ən mərhəmətlisi.
    6-cı gün: Allah! Məni bu gündə günahlarıma görə rüsvay etmə! Məni intiqam çubuğu ilə döymə! Sənin qəzəbinə səbəb olan şeydən məni uzaq et! Verdiyin nemətlərə and verirəm ay arzu edənlərin ən şirin arzusu!
    7-ci gün: Allah! Məni bu günün orucunu tutmaqda və ibadətdə kömək et! Məni büdrəmələrdən və günahlardan uzaq et! Sənin zikrini davam etdirməyi mənə nəsib et! Ey yolunu azanları hidayət edən Allah!
    8-ci gün: Allah! Mənə yetimlərə bu gündə rəhm etməyi ruzi et!Ehsan etməyi,salamı ucadan verməyi,kəramətli kişilərin dostluğunu mənə nəsib et ey arzu edənlərin pənahı!
    9-cu gün: Allah! Öz vüssətli rəhmətini mənə nəsib et! Bu gündə məni öz aydın dəlillərinə hidayət et! Sənin razılığına bais olan amillərə məni müvvəfəq et! Ey arzu edənlərin istəyi.
    10-cu gün: Ey Allah! Məni bu gündə sənə təvəkkül edənlərdən qərar ver! Məni səndən səadət tapan kəslər kimi qərar ver! Məni bu gündə sənə yaxın olanlardan qərar ver!Ey tələb edənlərin son məqsədi.
    11-ci gün: Allah Bu gündə ehsan etməyi mənə sevdir! Günahı və sənin əmrindən çıxmağı mənim gözümdən sal. Cəhənnəm odunu mənə haram et! Ey fəryad edənlərin dadına çatan!
    12-ci gün: Allah bu gündə günahlarımı gizli saxlamaqla məni zinnətləndir! Mənə bu gündə qənaət libası geyindir!Məni ədalət və insafa sövq et! Qorxduğum şeydən məni əmin-amanlıqla saxla ey qorxanların mühavizəçisi.
    13-cü gün: Allah! Məni bu gündə kəsif və çirkin günahlardan pak et! Qəzavü-qədərlərə məni səbirli et! Məni paklığa və yaxşı insanların söhbətinə müvəffəq et! Ey miskinlərin gözünün işığı!
    14-cü gün: Mənə bu gündə büdrəmələrimə görə acıqlama! Mənim xətalarıma göz yum! Məni bu gündə bəlalarına yönəltmə ey müsəlmanların izzəti!
    15-ci gün: Allah! Səndən qorxanların yəni, qəlbində Allah xofu olanların itəatini mənə nəsib et! Mənim qəlbimi geniş eylə! Ey qorxanlara aman verən Allah!
    16-cı gün: Allah! Bu gündə yaxşılarla bir olmağa müvəffəq et! Pislərin sırasından məni aır! Daimi rəhmətinə yaxın mənə yer ver! Öz Allahlığın xatirinə,ey aləmlərin Rəbbi!
    17-ci gün: Allah! Bu gündə məni saleh əməllərə yönəlt! Mənim ehtiyaclarımı,arzularımı yerinə yetir! Ey suala ehtiyacı olmayan və ey ürəklərdən xəbərdar olan Allah! Peyğəmbər və onun pak nəslinə rəhmət göndər.
    18-ci gün: Allah! Məni bu gündə açılan səhərlərin bərəkətiylə xəbərdar et! Mənim qəlbimi o səhərlərin ziyası ilə işıqlandır! Mənim bütün üzvlərimi bu günün əmrlərinə tabe olmaqla sövq et! Ey ariflərin qəlbini nurlandıran Allah!
    19-cu gün: Allah! Mənəvi qazancımı çox eylə,mənim xeyirli yolumu hamar et! Mənim yaxşılıqıarımı qəbul etməkdən məhrum etmə! Ey haqq dininə hidayət edən Allah!
    20-ci gün: Allah! Bu gündə cənnnətin qapılarını mənim üzümə aç,cəhənnəmin qapılarını üzümə bağla! Quranı oxumağa məni müvəffəq et! Ey möminlərin qəlbində aramlıq yaradan Allah!
    21-ci gün: Allah! Bu gündə sənin razılığına səbəb olan işlərdə mənə yol göstər! Şeytanın mənə hakim olmasına yol vermə! Behişti mənim üçün mənzil et! Ey ehtiyacı olanların tələbini yerinə yetirən Allah!
    22-ci gün: Allah! Bu gündə fəzilət qapısını üzümə aç! Öz bərəkətlərini mənə nazil et! Öz razılığına səbəb olan işləri mənə müvəffəq et! Mənə behiştin ən yaxşı yerində qərar ver! Ey biçarələrin duasını qəbul eləyən Allah!
    23-cü gün: Allah! Mənim bu gündə günahlarımı yu! Məni eyiblərdən pak eylə! Mənim qəlbimi Allah qorxusu ilə xilas et! Ey günahkarın xətasından keçən Allah!
    24-cü gün: Allah! Bu gündə səni razı salan şeyi səndən istəyirəm! Səni qəzəbləndirən şeydən sənə pənah aparıram.Sənə itaət etməkdə və günahdan uzaq olmaqda tovfiqistəyirəm! Ey sual edənləri cavabsız qoymayan.
    25-ci gün: Allah! Məni bu gündə öz dostlarını sevənlərdən qərar ver! Düşmənlərinə qarşı düşmən et! Məni peyğəmbərindən sonuncusunun yolunu tutanlardan qərar ver! Ey peyğəmbərlərin qəlbinə hakim olan Allah.
    26-cı gün: Allah! Mənim səyimi puç etmə! Günahımı bağışla bu gündə!Yaxşı əməlimi qəbul et! Mənim eybimi ört ey eşidənlərin eşidəni!
    27-ci gün: Allah! Mənə Qədr gecəsinin fəzilətini nəsib eylə! Mənim işlərimi çətinlikdən yüngülləşdir!Üzrümü qəbul et! Günah yükünü üstümdən götür!! Ey saleh bəndələrinə mehriban olan Allah!
    28-ci gün: Allah! Mənim bu gündə yaxşı işlərdən xeyrimi çox et! Mənim arzularımı yerinə yetirməklə məni əziz tut! Sənə yaxın olmaq üçün vasitələri mənim üçün hazır et!
    29-cu gün: Allah! Məni öz rəhmətinin ağuşuna al! Mənə bu gündə tovfiqi və paklığı nəsib eylə! Mənim ürəyimi natəmiz tömətlərdən uzaq eylə! Ey mömin bəndələrinə mehriban olan Allah!!
    30-cu gün: Allah! Mənim orucumu bu gündə şükr dərəcəsində qəbul et! O səviyyədə ki,sən və Rəsulun razı ola! And veririk pz ağamız Muhəmmədə (s) və onun pak ailəsinə! Həmd olsun aləmlərin rəbbinə!
#08.03.2010 07:43 0 0 0