Məzəli sözlər

Son güncelleme: 08.03.2010 08:01
  • Sevgilin dağ başında, amma sənə baxmayır, bülbül dağda oxuyur, nənən corab toxuyur, hamı öz işindədir meymun mesaj oxuyur.
    ----------

    Hər gecə yuxumda səni görərdim. Mənim olmağımçün nələr edərdim! Çünki həyatımın sənsən mənası. Mən səni sevirəm kələm dolması.
    ----------
    Şok Yeni il kampaniyası. 5 ədəd kanalizasiya quyusunun qapağını topla, JEK-dən külli miqdarda xoş sözlər qazanacaqsan!
    ----------

    Heç vaxt hündür səslə, yalanlarını doğrulda bilməzsən. Çünki ən hündür səs, eşşəkdədir.
    ----------

    Dovşan bir gün bufetdə sok və bulku alır. Qoyur masanın üstünə gedir və bir azdan qayıdır görür ki, bulkunu kimsə dişləyib. Və deyir: - Bunu hansı heyvan oğlu, heyvan dişləyib. Şir ayağa qalxır deyir ki: - Mən dişləmişəm deyir. Dovşan: - A bəs soku niyə içməmisən?
    ----------

    Sən sən ol, çöldə eşqlə məşgul olma. Eşqin gözü kordur, amma qonşunun əsla.
    Biri mağazaya gedir, satıcıdan soruşur ki: - Sizdə rəngli televizor var? Satıcı deyir: - Var. Oğlan deyir: - Onda mənə 1 dənə yaşılından ver.
    ----------

    Atası bir gün oğlunu hirsli şəkildə çağırır və deyir: - Sən bu 2-ləri nə vaxt düzəldəcəksən! Oğlan cavab verir: - Neyniyim e ata zəng vurulan kimi müəllim jurnalı özü ilə aparır.
    ----------
    Deyirlər dünyanı su basacaq. Hamı boğulub öləcək, qorxma sənə heç nə olmayacaq çünki, zibil suyun üzündə qalır.
    ----------

    Sən bir gün, hər şeyini itirə bilərsən ağlını belə, amma bir şeyi itirə bilməzsən oda Cazibədarlığını çünki, o səndə yoxdu.
    Yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal, onda düz tüpür.
    ----------

    Kirpi suya girir yadına düşür ki, üzə bilmir, boğulub ölür.
    ----------

    Yıxmadı dağ məni, yıxdı Azercell məni.
    ----------

    Əgər hiss etmirsənsə demək yaşamırsan.
#08.03.2010 08:01 0 0 0