Dəyişən həyat şərtləri yalnız qadınları deyil, kişiləri də zəngin sevgili tapmağa itələyir. Son vaxtlarda kişilər də qadınlar da pul, kariera, gözəllik, mədəniyyət kimi xüsusiyyətlər axtarır..
Budur müasir kişilərin yeni sevgili profilləri..
Samanlıq artıq seyran deyil..
İş həyatında qadınların da əhəmiyyətli rol oynaması kişilərin qadınlardan gözlədiklərini dəyişdirdi.. İndilərdə kişilər imkanları yaxşı, kariera həyatında yeni qapılar açacaq, yeni fikirlərlə iş həyatını dəstəkləyəcək qadınlar axtarır. Kişilər də artıq az gəlirli bir həyat sürmək üçün evlənmək istəmir.
Bir yastıqda qocalmaq çətinləşir.....
Dəyişən həyat şərtləri yeni ailəni hədələyir. Şəhər həyatının gətirdiyi çətinliklər, iqtisadi məsuliyyətlər cütlüklərin əlaqələrini köhnəldir. Heç bir əlaqə qabaqkı kimi yaşanmır və cütlüklər daha çox dözə bilməyib boşanır.
Qadın müvəffəqiyyətli olmalı..
Kişilər kariera sahibi, müvəffəqiyyətli qadınlarla birlikdə olmaq istəyir. Ehtiraslı və işdəki istəkləri daha yüksək bir qadın onların həyata daha yaxşı baxmalarını təmin edir. İşləmək istəməyən qadınlar kişilərə görə həyatın yükünü tək başına daşımalarına səbəb olur və əlaqənin sonu ayrılıq olur.
Malı, mülkü olsun..
Qabaqlar kasıb amma qürurlu olmaqla kifayətlənən kişi və qadın artıq gələcək qayğısı yaşamamaq üçün evi, avtomobili və ya loru dillə desək "dünyada çaxılmış bir mismarı olmasını" istəyir. Kişilər malı mülkü olan qadınlar axtarır.
Gözəl və baxımlı olsun..
Kişilər onları hərtərəfli təmin edən, işləyən, baxımlı və gözəl bir qadın istəyir. Kilo almış, dərisi qırışmış qadın istəmir.
Kişilər ağ atlı şahzadə olmaq istəmir..
Kişilər artıq ağ atlı şahzadə kimi hərəkət edib bütün dünyanı xilas etmək istəmir. Sevdiyi qadınla bərabər şərtlərdə yaşamaq, həyatın ağır yükünü bərabər paylaşmaq istəyir.