Afaq Məsud

Son güncelleme: 09.03.2010 08:44
  • Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru - 1957-ci ilin 3 İyununda Bakıda anadan olub.

    1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-cu illərdə "Azərbaycantelefilm"də direktor vəzifələrində çalışıb.

    Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.

    Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsifinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri azərbaycan dilinə tərcümə edib.

    "Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televizya filimləri çəkilib.

    2003-cü ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").

    "Humay" Milli Akademiyası mükafatı laureatıdır.

    Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
#09.03.2010 08:43 0 0 0
  • * 1.Üçüncü mərtəbədə. Bakı: Gənclik, 1979, 104 səh.
    * 2.Şənbə gecəsi (povest və hekayələr). Bakı: Yazıçı, 1984, 192 səh.
    * 3.Keçid. Bakı: 1984,
    * 4.İzdiham. 1991,
    * 5.Субботний вечер. Москва: 1984,
    * 5.Azadlıq (roman, esse, hekayə). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 1998, 640 səh.
    * 6.Yazı (roman, esse, hekayə). Bakı: Qanun, 2005, 432 səh.


    "Duyğular İmperiyası" silsiləsindən

    VAQİF VƏ BAX

    Dünən Baxın musiqisinə qulaq asdıqca, qəfildən hiss etdim ki, Vaqif Cəbrayılzadənin poeziyasının, Baxın musiqisi ilə hansısa uyarlığı var. Bu uyarlığın nə olduğu barədə bir müddət fikirləşdikdən sonra anladım ki, onların hər ikisi dünyanı hər an dönə-dönə yenidən və yenidən qurmaqla məşğuldurlar...
#09.03.2010 08:44 0 0 0