1950-ci il dekabrın 23-də Azərbaycan respublikasının Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləyib. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunub. Aynur və Ülkər adında iki qızı, Məhəmməd və Afaq adlı nəvəsi var.
[redaktə / تحریر] Yaradıcılığı
Afaq Nəbiqızı (Afaq Cavadova) ömrü kimi, çox qısa bir yaradıcılıq yolu keçmişdir. Amansız ölümün əli ona həyatının, istedadının təzə-təzə çiçəkləndiyi bir zamanda uzanır. Sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunur. Bu hekayələrə istinadən hələ o zamanlar onun dəst-xətti, yazı manerası haqqında müsbət rəylər söylənilmişdir. Həyatı duyub-qavramaq, dünyanı bütün ziddiyyətləri ilə dərk edib, onu öz yaradıcılıq süzgəcindən keçirmək, elə bu ilk qələm təcrübələrindən hiss olunurdu.
Afaq Nəbiqızının "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Sonrakı iki ildə isə dövri mətbuatda bir neçə hekayəsi işıq üzü görüb. İlk kitabı 1990-cı ildə (ölümündən sonra) nəşr olunub.(Bax: Afaq Cavadova. "Qeybdən gələn səslər", Bakı,"Yazıçı" nəşriyyatı, 1990). Kitaba "Həmin sentyabr səhəri" adlı povest və müxtəlif mövzularda yazılmış hekayələr daxil edilib. Kitab oxucular tərəfindən rəğbətlə qarşılanmış, mətbuatda haqqında kifayət qədər müsbət rəy deyilmişdir.
A. Nəbiqızı kiçik yaşlı məktəblilər üçün də xeyli maraqlı hekayə, nağıl- povest yazmışdır. "Sarıcanın macəraları" adlı nağıl-povest çapa hazırlanır.
Əsərləri
1. Qeybdən gələn səslər, Bakı, Yazıçı, 1990, 148 səh.