Həqiqi Dostlar Kimlərdir

Son güncelleme: 10.03.2010 07:53
  • Həqiqi olanlar həmişəlikdirlər!


    Həqiqi olmayan dostlar heç vaxt sənin göz yaşlarını görməyənlərdir.

    Həqiqi dostlar səninlə birgə göz yaşı tökənlərdir...

    ***

    Həqiqi olmayan dostlar sənin haqda az məlumata sahib olanlardır.

    Həqiqi dostlar sənin haqda sənin rəylərinlə, hətta kitab yaza biləcək dostlardır...

    ***
    Əgər kütlə insan sizi getməyinizi üstün tutarsa o zaman həqiqi olmayan dostunuz sizi tərk edəndir.
    Həqiqi dost hətta kütlə belə sizi tərk edəcək olsa, onu saxlamaq gücünə sahib olandır...

    ***

    Həqiqi olmayan dost yalnız kədərini bölüşəndir.

    Həqiqi dost həm kədərini, həm sevincini bölüşən, hətta sizə kədəri unutduracaq insandır.

    ***

    Həqiqi olmayan dost sizdə səhv tutacaq insandır.

    Həqiqi dost sizə bildirmədən belə səhvlərinizi düzəldən insandır...

    ***

    Sizdə ümid hissinin itməsinə səbəb olacaq insan-həqiqi olmayandır.

    Sizin ümid hissinizin daha da artmasını təmin edəcək insan-həqiqi olandır.

    ***

    Həqiqi olmayanlar sizin sevib-sevilmək hissinizi tükəndirəcək insanlardır.

    Həqiqi olanlar daha da sevilməyinizə nail olmaq üçün çalışan insanlardı....

    ***

    Arzu etməməyinizi istəyən, bunu sizə unutduran şəxs-həqiqi olmayandır.

    Arzularınızın daha da böyüməsinə, bunu ümidlə xatırlamanıza səbəb olan insan-həqiqi olanlardır

    ***

    Sizdəki kini, nifrət hissini daha da böyüdəcək insan-həqiqi olmayan dostunuzdur.

    Sizdəki nifrəti unutduracaq, kinin bağışlanılmasına qadir olacaq insan-həqiqi dostunuzdur!

    ***
    Həqiqi olmayanlar hər zamanlıq deyillər.

    Həqiqi olanlar həmişəlikdirlər!
#10.03.2010 07:53 0 0 0