Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə anadan olub. Əsərləri arasında teatr tamaşalarına musiqilər: "Parisi dağıdanlar" (1990), "Oxay və Əhməd" (1991), "Saz əhvalatı" (1993), "Ələkbər əmi gülüş planetində" (1998), "Şamaxı gözəli" (1998), "Qızıl xoruz" (1998), "Dəcəl çəpişlər - belə-belə işlər" (1999), "Həsir oğlan" (2000), "Belqamıs əfsanəsi" (2001), "Tıq-tıq xanım" uşaq operası (1993), "Keçəlin toyu" müzikl (1994), "Damdabaca" müzikl (1995), "Maymaq" müzikl (1996), Piano üçün "sarı gəlin" pyesi (1998), "piano üçün variasiyalar - "Ağ alma" (1999), "Muki ada" (1992), animasiya filmlərinə, sənədli filmlərə, "Romeo və Cülyetta" (1999), "Otello" (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 - 2001) bəstələyib.
* Bəstəkar Oqtay Zülfüqarovun oğludur.
Filmoqrafiya
1. İthaf (1990)
2. Qala (2008)
3. Qısa Monoloqlar (2003)
4. Pirə Qayıdan Yol (1994)