Cahangir Cahangirovun xatirələrindən

Son güncelleme: 05.05.2010 12:16
  • GƏNCLİYİMİ GƏZİRƏM

    Hanı o göy düzlər,

    Hanı o izlər?

    Gəncliyim yoxsa tərk edib məni?

    Ləpirlər dolub,

    Görünməz olub.

    Gəl, gəncliyim,

    Gəzirəm səni.

    Küləklər daraqdı,

    Saçlarım düm ağdı.

    Səni görməkçün səcdəyə gəldim,

    Tapmadım səni kövrəldim.

    Görmədim səni kövrəldim,

    Ey əziz gəncliyim, gəl,

    Bax mənə kövrəl.

    Nəğarət

    Babamdan qoca

    Çinarlar uca.

    Onlar da məni tanıdı bir bax.

    Budağın əydi,

    Üzümə dəydi.

    Tək gəncliyim yox oldu ancaq.

    Firuzə Xəzər,

    Bağları bəzər.

    Sahillər tanış, qaya üstə çıx.

    Qayalar yalçın,

    Ləpələr qırçın

    Göy min rəngdədir, üfüqlər açıq.

    söz: İslam Səfərli

    musiqi: Cahangir Canhangirov

    ifa: Yalçın Rzazadə
#05.05.2010 12:16 0 0 0