Fikrət Əmirov

Son güncelleme: 10.03.2010 14:34
  • Fikrət Əmirov


    Fikrət Əmirov (22 Noyabr, 1922-ci il, Gəncə- 20 Fevral, 1984-cü il, Bakı) - görkəmli Azərbaycan bəstəkarı, SSSR xalq artisti (1965), SSSR Dövlət Mükafatı laureatı (1949, 1980).
    Mündəricat
    [göstər]

    noimage



    * 1 Həyatı
    * 2 Filmoqrafiya
    * 3 Həmçinin Bax
    * 4 Xarici keçid

    Həyatı

    Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyr Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb. Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülustan Bayatı -Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O. musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır. F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O. həmçinin dram tamaşalarına , "Böyük dayaq","Mən ki gözəl deyildim" və digə filmlərə maraqlı musiqi bəsləmişdir.


    Filmoqrafiya

    1. 80 Kilometr Yerin Altı ilə (2002)
    2. Abşeron Lövhələri (2004)
    3. Aktrisanın Təbəssümü (1974)
    4. Arşın Mal Alan (1965)
    5. Azərbaycan Elləri (1976)
    6. Bəxtiyar Vahabzadə (2003)
    7. Böyük Dayaq (1962)
    8. Cümhuriyyətə doğru Üç Addım (2008)
    9. Fikrət Əmirov (1985)
    10. Firəngiz (1975)
    11. Gülüstan Bayatı-Şiraz (1972)
    12. Həqiqətin Özü (2008)
    13. Hər Şey Olduğu kimi. Beşinci Film. Rəşid Behbudov (2000)
    14. Hər Şey Olduğu kimi. Əminə Dilbazi (2000)
    15. Həsən Abdullayev Xatirələrdə... (2007)
    16. Maestro Niyazi (2007)
    17. Mən ki Gözəl deyildim (1968)
    18. Mətbuat Fədaisi (2007)
    19. Mücadilə. Birinci Hissə. İstiqlalın Beşiyi (2006)
    20. Mücrü (1973)
    21. Muğamat Var Olan Yerdə... (2009)
    22. Nəfəs Alətləri (2004)
    23. Nəğməkar Torpaq (1981)
    24. O Olmasın, Bu Olsun (1956)
    25. Oktyabrın Şəfəqləndirdiyi Yol (1977)
    26. Ömrün Səhifələri (1974)(Kinoalmanax)
    27. Prima (1992)
    28. Qəmbər Hüseynli (2007)
    29. Salam, Zeynəb! (1982)
    30. Səhər (1960)
    31. Sevil (1970)
    32. Sovet Azərbaycanının Yarım Əsrlik Salnaməsi (1970)
    33. Şur (1967)
    34. Üzeyir Ömrü (1981)
    35. Yaşamaq Gözəldir, Qardaşım! (1966)
#10.03.2010 14:34 0 0 0