Qalib Məmmədov

Son güncelleme: 10.03.2010 15:37
  • Qalib Məmmədov



    Bəstəkar. Kino bəstəkarı.
    Mündəricat



    noimage

    * 1 Həyatı
    * 2 Filmoqrafiya
    * 3 Həmçinin Bax
    * 4 Xarici keçid

    Həyatı

    Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir.

    "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir.

    Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məhşur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də "Sommerlandet" layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir.

    2002-ci ildən etibarən Norveçdə yaşayır.
#10.03.2010 15:37 0 0 0