İçindəkilər: 1 litr suya 600 qr. heyva, 200 qr. şəkər tozu, 10 qr. limon.
Hazırlanması: Heyvanın özəyi və çəyirdəyi çıxardılıb dilimlənir. Azacıq limon cövhəri qatılmış soyuq suya tökülür bir qədər bişirilir. Alınmış şirəyə şəkər tozu, azacıq isti su əlavə edilərək qarışdırılır. Meyvə bişənədək vamla 20-30 dəqiqə qaynadılır. Kompota limon qabığı, limon cövhəri əlavə etmək olar.