8 kartof, 100 qr yağ, duzlu pendir.
Hazırlanma qaydası:
Kartof yuyulur, mətbəx dəsmalı ilə qurudulur və közün içərisinə basdırılıb bişirilir. Ev şəraitində qaz və ya elektrik fırınında da bişirilə bilər. Bu zaman kartofun daha ləzzətli olması üçün fırının alt gözünə və ya kartofun ətrafına bir qədər ağac kömürü tökülür. Duzlu pendir sürtgəcdən keçrilir. Hazır kartofun ortası bir qədər açılır, oraya bir tikə yağ qoyulur və duzlu pendir səpilərək yeyilir. Belə kartofu qabıqlı və ya qabıqsız yemək olar. Qabıqla yeyilməsi daha faydalıdır.