İspanaqdan fisincan

Son güncelleme: 11.03.2010 22:20
  • Tərkibi:

    800 qr ispanaq, 1 baş soğan, 100 qr təmizlənmiş qoz, 50 qr ərinmiş yağ, göyərti, duz və istiot zövqə görə.
    Hazırlanma qaydası:

    İspanaq təmizlənir, duzlu suda bişirilərək sıxılır. Daha sonra zövqə görə duz və istiot əlavə edilərək yağda qızardılır. Soğan təmizlənir, yuyulur və halqavarı doğranılır. Qızardılmış ispanaq qəlyanaltı qabına yığılır, üstünə halqavarı doğranmış soğan, qoz ləpəsi qoyulur və göyərti səpilir. Yanında 1 stəkan qatıq da vermək olar.
#11.03.2010 22:20 0 0 0