Türkiyə Nazirlər Kabineti adından verilən açıqlamada «erməni soyqırımı»nı tanıyan İsveç qınanıb.
APA-nın məlumatına görə, açıqlamada, Türkiyənin İsveç səfiri Zergun Korutürkün geri çağırıldığı və Baş nazir Tayyib Ərdoğanın martın 17-nə təyin olunmuş İsveç səfərinin təxirə salındığı bildirib. İsveçin Ankara səfiri isə sabah üçün Türkiyə Xarici işlər nazirliyinə çağırılıb.