Qərb bölgəsində çəyirtkələrə qarşı mübarizəyə başlanılacaq

Son güncelleme: 11.03.2010 22:58
  • İlkin olaraq əkin sahələrində müşahidələr aparılır

    Qərb bölgəsində Mərakeş çəyirtkələrinə qarşı mübarizəyə başlanılacaq. İlkin olaraq əkin sahələrində müşahidələr aparılır. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov məlumat verib.

    Onun sözlərinə görə, daha çox Gürcüstanla sərhəd bölgələrdə, Ceyrançöl ərazilərində müşahidələr aparılır. Bundan sonra isə dərman preparatlardan istifadəyə başlanılacaq.
    Vüsalə Cənnətova

    LENT.AZ
#11.03.2010 22:58 0 0 0