Bakıda 53 yaşlı kişi intihar etdi

Son güncelleme:
  • Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

    Bu barədə Lent.az-a Suraxanı rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilib ki, rayonun Əmircan qəsəbəsi sakini, 1957-ci il təvəllüdlü Əliyev Əmənulla Abbas oğlu yaşadığı evdə özünü tavandan asıb. İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

    Fərid Əkbərov


    LENT.AZ
0 0 0