İqrar Əliyev

Son güncelleme: 13.03.2010 00:34
  • Əliyev İqrar Həbib oğlu



    Əliyev İqrar Həbib oğlu - tarix elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan EA-nın akademiki.
    Həyatı

    İqrar Əliyev 1924-cü ildə Bakıda doğulmuşdur. 1945-ci ildə ADU-nun tarix fakültəsini bitirmişdir.

    Azərbaycanın Qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrinı elmi dövriyəyə cəlb etmişdir.

    1945-1974-cü illərdə İ. Əliyev ADU-da dərs demiş, Azərbaycan EA Tarix İnstitutunun elmi işçisi, kafedra müdiri olmuşdur. 1978-ci ildən Azərbaycan EA-nın Tarix İnstitutunun direktoru idi. O. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. İ. Əliyev 150-yə yaxın elmi işin, yeddi monoqrafiyanın, yeddicildlik "Azərbaycan tarixi"nin müəlliflərindən biridir. Bir sıra beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısı idi. "Şöhrət ordeni" ilə təltif olunmuşdur.

    İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də vəfat edib.
#13.03.2010 00:34 0 0 0