Zeynal Nağdəliyev

Son güncelleme:
  • Nağdəliyev Zeynal Səfər oğlu azərbaycanlı alim tarixçi tarix elmləri doktoru



    Həyatı


    noimage

    Zeynal Nağdəliyev 1957-ci ildə anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 51 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon komsomol komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Mərkəzi Komitənin katibi vəzifəsində çalışıb. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbacanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi alıb. 2003-cü ilin aprelində Lənkəran Şəhər Icra Hakimiyyətinin başçısı təyin edilib.

    Prezidentin 2005-ci ildə imzaladığı sərəncama əsasən Zeynal Nağdəliyev Prezident Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri təyin olunub.

    Ailələlidir, iki övladı var.
0 0 0