Səriyyə Cəfərova - yazıçı, publisist, müstəqil jurnalist. Xocalı şəhidləri tanıtma birliyinin sədridir. Qarabağ müharibəsi veteranı - hərbi repartyor.
Həyatı
Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir.
1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.
Yaradıcılığı
Kitab və məqalələri əsasən Dağlıq Qarabağ, Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilmişdir.
Əsərləri
Xocalı şəhərində, 28 may, 1991-ci ildə keçirilən tədbirdə Səriyyə Cəfərova və Xocalı sakinləri.
* "Qan üstünə qan yağırdı", "Azərnəşr", Bakı, 1992-ci il.
* "Vaciyəyə gedən yol", Azərbaycan Universiteti, 2000-ci il.
* "Xojalı yaşayır", ingilis dilində, Azərbaycan Universiteti, 2001-ci il.
* "Onlar heç vaxt böyüməyəcəklər", ensiklopediya, ingilis, rus, azərbaycan dillərində, "Çaşıoğlu" nəşriyyatı, Bakı, 2006-cı il.
* "Xocalı ölməyib", "Çaşıoğlu" nəşriyyatı, Bakı, 2007-ci il.
* "Ölümdən o yandakı Xojalı", "Şəms" nəşriyyatı, 2006-cı il.
* "Xocalıdan gələn var", ingilis, azərbaycan dillərində, "YEK Production" reklam mətbəə şirkəti, 2008-ci il.
Filmoqrafiya
* "Onlar heç vaxt böyüməyəcəklər", sənədli film, Türkiyənin TRT1 kanalında.