Bəsti Cəfərova Xanuma olacaq EKSKLÜZİV

Son güncelleme: 27.04.2011 18:33
  • noimage

    Əsəri tamaşaya gənc rejissor Mikayıl Mikayılov qoyacaq.

    Musiqili Komediya Teatrı A. Saqarelinin "Xanuma" əsərinin tamaşası üzərində məşqləri tamamlamaq üzrə ikən Akademik Milli Dram Teatrı həmin əsər üzərində işə başlayıb.

    Kulis.azın məlumatına görə əsəri tamaşaya Rusiyanın Novosibirsk vilayət teatrında çalışan gənc rejissor Mikayıl Mikayılov qoyacaq.
    Artıq rollar paylanıb və oxunuş prosesinə başlanıb.

    Xanuma obrazı xalq artisti Bəsti Cəfərovaya həvalə olunub.
    Musiqili Komediya Teatrında isə həmin rolu Afaq Bəşirqızı oynayır.

    Qeyd edək ki, bu əsər baş teatrda ötən əsrin 70-ci illərində tamaşaya qoyulub.

    O vaxt tamaşanın rejissoru Ələsgər Şərifov olub, baş rolu isə Hökümə Qurbanova oynayıb.

    Ramilə Qurbanlı
#27.04.2011 18:33 0 0 0