Hansı formada yatırsınızsa o sizin xəstəliklərinizdən danışır

Son güncelleme: 15.03.2010 16:33
  • Böyrü üstə

    Özünə əmin olmayanlar, nevroza, depressiyaya meyilli olanlar bu formada yatırlar. Həmçinin qastrit və mədə yarası olan insanlar da bu cür yatmağa meyilli olurlar.

    Böyrü üstə, əllər yastığın altında

    Boyun osrexondrozu olanlar adətən bu formada yatırlar.
    Böyrü üstə əlləri başın altına qoyaraq.
    Xroniki rinit, tonzillat, qaymorit xəstəliklərinə işarədir.





    Qarnı üstə yatanlar

    Inadkar, azad, öz ünvanına tənqidi qəbul etməyənlərdir. Həmçinin onlarda mədə xəstəlikləri də ola bilər.
    Kürəyi üstə
    Stresslərə davamlı olan, lakin həddən artıq özündən razı insanlardırlar. Onları baş ağrıları və miqren narahat etmə ehtimalı yüksəkdir.

    Dişlərini qıcama

    Bruksizm (dişləri qıcama) el arasında yayılan məlumata görə bu orqanizmdə qurdların olmasından xəbər verir. Lakin əslində bu belə deyil. Elə insanlar var ki, düzgün ağız dadı olmur və ya ağızda həddən artıq qıcıq olur. Nevroza meyillilər də dişlərini qıcayır.







    Səs-küylü yuxu

    Yüksək səslə xoruldama yuxuda nəfəsin qısamüddətli dayanması ilə əlaqədardır. Bu da piylənmədən, aritmiya, ürək-damar xəstəliklərindən xəbər verir.
    Aşağı səsli, 2-3 ay davam edən xoruldama soyuqdəymədəndir. Tam sağaldıqdans sonra xoruldama da yoxa çıxacaq.
    3 aydan artıq davam edirsə, deməli burun çəpərində əyrilik var.Adenoid, hormonal dəyişiklik, siqaret çəkmə, alkoqoldan çox istifadən də xoruldama yaranır.

    Ayaqlar hərəkətdə olursa

    Narahat ayaqlar sindromu litrlərlə qəhvə içən, orqanizmində dəmir çatmayan, polinevritdən (ayaq və çanaq sümüyündə problem) əziyyət çəkənlərdə olur.





    Yuxuda danışmaq

    Yuxuda nadir danışıqlar yorğunluqdan yaranır. Maraqlı gündən sonra, havanın qəfil dəyişməsindən və.s
    Daimi boşboğazlıq, nevroza meyilli insanlarda da ola bilər.





    Yuxunu yaxşılaşdırmaq üçün məsləhətlər

    1. Yatmamışdan yarım saat əvvəl isti süd və ya südlü, şirin bitki çayı için.
    2. Yatanda nəfəsliyi açıq qoyun.
    3. Yataq yalnız yuxu təəssüratı yaratmalıdır. Orada sadəcə uzanmaq və ya televizora baxmaq məsləhət deyil.
    4. Yuxudan öncə boyevikə baxmayın, dalaşmayın, vacib məsələləri həll etməyin.
    5. Hər gün eyni vaxtda yatmağa çalışın.
    6. Yatmağa hazırlaşmaq əsl rituala çevrilməlidir. Məsələn: öncə balıqlara baxırsınız, sonra kosmetikanızı silirsiniz. Daha sonra yatağı açırsınız və s.
#15.03.2010 16:33 0 0 0