Şərif - Azərbaycanın Balakən rayonunda kənd. Qabaqçölün 6 kənddən biridir.Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir. Əhalisi avarlardan ibarətdir. Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur.
Əhalisi
Şərifin əhalisinin böyük əksəriyyəti avar dilində danışır. Kənddə azərbaycanlılar (Tərəkəmələr - Gürcüstandan köçmüş azərbaycanlılar) da yaşayırlar. Əhalini məşğuliyyəti əsasən əkinçilik və maldarlıqdır. Şərifdə oxumuş, ali təhsilli adamlar da az deyil. Şərif kənd orta məktəbinin bir çox məzunu son beş ildə Azərbaycan və Rusiyanın Ali məktəblərinə qəbul olunmuşdur.
Kəndin ziyalıları
* Hüseynov Əli Ömər oğlu
* Xutrayev Ramazan Mahama oğlu
* Filiyev Zumrat
* Tinayeva Əsiyyət Kamil qızı
* Atayev Heybulla Ceerov oğlu
* Süleymanov Əli Hacı oğlu
* Muradov Səməd Nəcəf oğlu
* Teyyubov Abid Məhəmməd oğlu
* Çaxiyev Zahirbeq
Mədəniyyəti
Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq - rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb.
İqlimi
Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti. Yağıntı əsasən yaz aylarında aprel - iyun arası düşür.