Mütəxəssislər izah edirlər ki, çox vaxt qadın xəstəliklərinin yaranmasının əsas səbəbkarı, onların psixoloji durumu olur. Xüsusəndə bunu iltihab xəstəliklərinə aid etmək olar.
Bəs bununla necə mübarizə aparmaq olar?
İlk növbədə, bu xəstəliyin xroniki hala çevrilməməsi üçün, süni surətdə törədilmiş faktorlardan qaçmaq lazımdır (bu xəstəliyin inkişafının qarşısını almağa, vaxtında aparılmış terapiyalar kömək edə bilər). Həmçinin ginekoloqa tez-tez müraciət etməklə də, siz yaxşı nəticə əldə biləcəksiniz.
- İntim həyatınıza da ciddi yanaşmağa çalışın, özünüzü nədənsə məhrum etməyin, daxili doqmalarınızdan və qadağalarınızdan imtina edin.
- İntim həyatınızı ərəb rəqsləriylə də əvəz edə bilərsiniz. Onu da qeyd edək ki, ərəb qadınlarının şübhəli gigiyenasına baxmayaraq, onlarda praktiki olaraq cinsi fəaliyyətində iltihablar müşahidə olunmur. Ərəb rəqsində "əsdirmə" hərəkəti, kiçik çanaq sümüyündə qan dövranını yaxşılaşdırmaqdan əlavə, orqanizmin ümümi durumuna da yaxşı təsir göstərir.
Yay aylarında damar problemləri daha da aktuallaşır. Nəinki günəş şüaları, hətta yüksən hava temperaturu da damarla neqativ təsir göstərə bilər.
Bununla necə mübarizə aparmaq olar?
Bununla əlaqədar sizə, damar çatışmamazlığının inkişafı riskini azaltmağa və yay aylarında bu kimi simptomları yüngülləşdirməyə kömək edən bir neçə məsləhət veririk.
1. Çimərlikdə
Gün altında qaralın. Səhər saat 11 qədər və günorta saat 4 qədər gün vannaları
qəbul edin. Bu prosesi çimərlikdə gəzinti ilə növbələndirin.
Lakin, bir qədər ehtiyatlı olun! Ultrabənövşəyi şüalar damarların elastikliyini endirə bilər.
Buna görə, bütün günü günün altında gəzməməyə çalışın.
Gündə ayaqlarınıza gel və ya krem sürtüb, bir qədər masaj edin. Tədqiqatçılar müəyyən
etdilər ki, ayaqları gündə soyuq suya qoymaq ağırlıq hissini aradan qaldırmağa kömək edir və
damarların divarlarını yaxşılaşdırır. Bunu öz vərdişinizə çevirməyə çalışın.
2. Ofisdə
Corablarda gəzin, imkan varsa qaçın. Əgər siz gündəlik həyatınızda hündür dabanlı ayaqqabı
geyinirsizsə, onda iş yerində dəyişik, alçaq dabanlı ayaqqabı geyinməyə çalışın.
Dar paltar geyinməyin, çoxlu maye qəbul edin. Nəticələr göstərdi ki, varikoz
xəstəliklərindən əziyyət çəkən qadınlar, otağda kondisionerin işlədiyi halda hər saat 1 stəkan
su içməlidirlər. Bu orqanizmin degidratasiyasından qoruya bilər.
3. Tayyarədə
Uçuş zamanı, insanın orqanizmi yüksək təzyiq altında olur. Bundan əlavə, uzun müddət oturmuş vəziyyətdə qalmaq, damarlarda qanın durğunluğuna gətirib çıxara bilər. Güclü içkilərdən də imtina etməyə çalışın - onlar damarlarda qanın axmasına mane olur.