Bürcə görə qadınların geyimi

Son güncelleme: 17.03.2010 08:18
  • noimage


    Qoç
    Geyimləri ilə diqqət çəkməyi sevirlər. Aksesuarlardan istifadə isə onların ən zəif nöqtəsidir. Diqqəti cəlb edən geyimlər demək olar ki, bu bürcün qadınları üçündür. Ən çox ipək parçalara üstünlük verirlər.

    Buğa
    Bu bürcün qadınları yemək yeməyi sevdikləri üçün əsasən bir az artıq çəkili olurlar. Paltarı asanlıqla seçə bilmirlər. Adətən geniş paltarlara üstünlük verirlər.

    Əkizlər
    Hər kəsin asanlıqla geyə bilməyəcəkləri paltarları geyirlər. Cəsarətlidirlər. Rəngli paltarları sevirlər.

    Xərçəng
    Adətən açıq rəngli paltarlara üstünlük verirlər. Aksesuardan istifadəni sevirlər.

    Şir
    Qoç bürcünün qadınları ilə uyğundurlar. Diqqət cəlb etməyi sevirlər.

    Qız
    Hər mövzuda olduğu kimi paltar seçməkdə də zərifdirlər. Əsasən "pastel" rənglərə maraq göstərirlər. Əsl xanım kimi geyinmək onların tərzidir.

    Tərəzi
    Bu bürcün qadınları zərif papaqlar, müxtəlif eynəklər və aksesuarladan xoşlayırlar. Geyimlərinin bir- birini tamamlamasına böyük önəm veririlər.

    Əqrəb
    Sirli əqrəb qadınlarının ən sevdiyi rəng qaradır. Onlar paltar almaqda xeyli çətinlik çəkirlər.

    Oxatan
    Qırmızı və yaşıl rəngli geyimləri xoşlayırlar. Əllərinə keçən pulu paltara verməkdən əsla çəkinmirlər.

    Oğlaq
    Geyimlərində klassikanı və modern üslubu birləşdirməkdən böyük zövq alırlar. Xüsusilə dəri geyimləri sevirlər. Qəhvə rəngi vazkeçilməzləridir.

    Dolça
    Bu qadınlar rahat geyimlərə üstünlük verirlər. Dəbdən çox rahatlıqlarını düşünürlər. Geniş paltarlara üstünlük verirlər.

    Balıq
    Nə geyəcəklərinə heç cür qərar verə bilmirlər. Parlaq parçalardan hazırlanan geyimləri sevirlər. İdman və klassik üslub onların maraq dairəsindədir.
#17.03.2010 08:18 0 0 0