Çağdaş Güney Ədəbiyyatı

Son güncelleme:
  • XIX əsrin ilk çərəyində Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsindən sonra tarix boyu eyni ədəbi-mədəni inkişaf yolu keçmiş Şimal və Cənubda ədəbi proses də fərqli xüsusiyyətlər kəsb etməyə başlayır. Uzun onilliklər ərzində cənubda Azərbaycan dilində təhsil və yazı olmadığından, ədəbiyyatın inkişafı da Şimaldakından, təbii ki, xeyli geriyə qalmış olur. Yalnız milli azadlıq hərəkatları dövründə qısa müddətə azadlığa çıxmış Cənubi Azərbaycanda ədəbi-mədəni həyat sürətlə inkişaf edir, sonra isə yenə də uzun müddətə şovinist fars irticasının qurbanı olur.

    Belə qısamüddətli oyanma mərhələlərindən biri 1918-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin, digəri isə 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı altında həyata keçmişdir. Həmin illərdə ana dilində kitablar, dərsliklər nəşr edilir, milli mətbuatda əsasən vətənpərvərlik ruhunda yazılmış ədəbi nümunulər geniş yer alırdı. Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən - islam inqilabının qələbəsindən sonra - Azərbaycan dilində nəşr olunan "Varlıq" jurnalının səhifələrində öz yaradıcılıqlarını davam etdirməyə imkan tapdılar. cənublu sənətkarlar arasında bir çoxu dünyasını dəyişmiş, bəziləri isə indi də ədəbi fəaliyyət göstərən Hammal, Kərimi, Nitqi, Biriya, Şeyda, Sönməz, Səhənd, Sahir, Oxtay, Savalan, Fərzanə kimi yazıçı və şairlərin adlarını çəkə bilərik. Çağdaş cənub ədəbiyyatının inkişafında iyirmi ildən artıq bir müddət ərzində nəşrini davam etdirən və əsası Azərbaycanın böyük alim və ictimai xadimlərindən Cavad Heyət tərəfindən qoyulmuş "Varlıq" jurnalının müstəsna rolunu qeyd etmək lazımdır.

    Ancaq Cənubi Azərbaycan ədəbiyyatından danışarkən onun çoxsaylı nümayəndələri arasında Məhəmmədhüseyn Şəhriyarın (1904-1988) xüsusi yerini və rolunu diqqətə çatdırmaq vacibdir. Orta və ali təhsilini fars dilində alan Şəhriyar ilk gəncliyindən böyük Nizami Gəncəvinin, Hafiz Şirazinin, S.Ə.Şirvaninin əsərlərinin təsiri altında bədii yaradıcılığa başlamış, çağdaş İran və Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi tanınmışdır. Sənətdə ictimai lirikaya üstünlük verən Şəhriyar çağdaş dünyamızın ağrılı problemlərindən geniş bəhs edir. Azərbaycan dilində ən böyük əsəri iki hissədən ibarət "Heydərbabaya salam" poemasıdır. Bu əsərə istər cənubi, istər Şimali Azərbaycanda, istərsə də Türkiyədə onlarla cavab yazılmışdır. Hazırda Cənubi Azərbaycanda ədəbi proses get-gedə inkişaf etməkdədir. Taleyin iradəsi ilə yaradıcılığını Şimalda davam etdirən B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, H.Bülluri, S.Tahir kimi sənətkarlar hər iki tayda
0 0 0