Könlüm quşu oxur vətən gülüylən,
Gül necə ki, öz bülbülüylən.
Sözlərimi yazdım xəlqin diliylən.
Odur adım ürəklərdən silinməz,
Yazılmasa,dilin qədri bilinməz.
O gündən ki, dilim "ləhcə" sayıldı,
Yatmış təbim bir diskinib ayıldı,
Bu ayıqlıq ölkəmizə yayıldı.
Damarlarda qeyrət qanı qaynadı,
Paslı qələm əlimizdə oynadı.
Ürək coşdu, xumar gözlər süzüldü,
Dalsınca incilərim düzüldü,
Arzularım sevdiyiz tək yazıldı.
Bilirsiz ki, duman hara, çən hara?
Sənət hara, hünər hara, mən hara?
Dodaqlarım gülümsərkən əzəldə,
Anam mənə "oğul" deyib bu dildə,
Ana dili unudulmaz min il də.
Həqiqətdə bu dil mənim canımdır,
İliyimdir, sümüyümdür, qanımdır.
Ürəyimdə sökülməyən odum var,
Odur mənim "Sönməz" kimin adım var.
Siz ki, varsız, mənim hər bir zadım var.
Arzum budur, könlüz məndən dönməsin,
Yandırdığım şəm-çıraqlar sönməsin.