Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 9 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Yurd Mahnısı
Yurd Mahnısı
517
Son güncelleme:
17.03.2010 22:43
Leyl-i Lal
Bir yerdə savaş qopsa da,
Bir yerdə barışdı.
Bax "ASTARADA" güllü bahar,
"XOYDA" da qışdı.
Əlvandı sarı dağlarımız
Sanki naxışdı.
Başdan-başa "AZƏRBAYCAN"
Baği-canandı.
Mavi "XƏZƏRİN" pərdəsi
Min rəng çalandı.
El ordusudur, qalası
Qarlı "SAVALANDI".
Yurdumda axar çaylar,
Üzüm bağları vardır.
Qışlaqları var,
Ətirli yaylaqları vardır
Ulduzlu gecə,
Güllü səhər çağları vardır.
"TƏBRİZİ " gülşən.
Getsən bilirəm, "ƏRDƏBİLƏ"
Bir səhər erkən
Hər yerdə elin
Nəqşü nigarın görəcəksən.
Aldanma şirin söz desə xan,
Yoxdu vəfası.
Xan, bir əzəli düşmənimizdir,
Bizə asi.
Damdan düşüb artıq
O hərifin yerə tası!
Dur yer keşigində, igidim!
Bax, oyanıq ol!
Xan südlü inək istəyir,
Ərbabı da petrol.
Vermə, bu hərif keflidi, ha!
Öz evinə yol.
Mən söyləmərəm həsrətə qatlan,
Sitəmə döz.
Bir çox analar yollara
İllərlə tikib göz.
Xan versə də azadlıq
İnanma! Nə yalan söz!
Gəl keçmə vətəndən,
Yada bel bağlama, qardaş!
Dövran belə getməz, qalmaz
Daş üzərə daş!
Şimşək kimi çax!
Sel kimi ax!
Çalxalanıb daş!
"Həbib Sahir"
#17.03.2010 22:43
0
0
0
Önceki Konu:
Anam Dili
Sonraki Konu:
Elimizdən Dilimizdən
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board