Mahni

Son güncelleme:
  • Qar əridi,axar sular nilləndi,
    Çay-çəmən öcək-böcək dilləndi.
    Bağ-bağçada yenə badam gülləndi,
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    Kim alnına qara yazı yazandı?
    Az ömürdə qara günlər uzandı.
    Bura qürbət,nə Lalə,Şamqazandı,
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    Gün qızardı,sular oldu zərnigar,
    Daşdan-daşa çaldı bizi ruzigar.
    Yağış yağdı,yenə gəldi ilk bahar,
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    İllər boyu hökm sürdü fars,
    Əsir olduq,toy-düyünlər oldu yas.
    Boyundakı zəncirləri basdı pas,
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    Hankı ocaq keçdi,hankı odlandı?
    Şer,qəzəl dəftərləri tozlandı.
    Demək "insan hüquqları" yalandı!
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    Qar əridi,sel suları atlandı,
    Dəli könlün hər dərdlərə qatlandı.
    Yazıq cismim iynələrə saplandı...
    Hanı yurdlar,hanı ellər,hanı yar?

    "Həbib Sahir - 1968"
0 0 0