Vestminster abbatlığı - Britaniya

Son güncelleme: 18.03.2010 00:37
  • Vestminster abbatlığı - Britaniya - Britaniya adaları - Britaniya şəhərləri - Büyük Britaniya şəhərləri - Büyük Britaniya adaları

    noimage

    Vestminster abbatlığı, Müqəddəs Pavel kilsəsi (ing. Westminster Abbey; The Collegiate Church of St Peter, Westminster) - Londonda, Vestminster sarayının qərbində yerləşən, XI əsrdən ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi, dünya mədəni irsinə aid dini-tarixi və mədəniyyət abidəsi.

    Özünəməxsus dördkünc qüllələrə və bəzəkli taclara malik qotika üslublu bu qədim ingilis abbatlığı orta əsrlər kilsə memarlığının bariz nümunəsidir. İngilislər üçün o daha böyük məna: tarix boyu uğrunda mübarizə apardıqları bir simvol, hökmdarların taxta çıxdığı və əbədiyyətə qovuşduğu bir yer - millətin müqəddəs dərgahı mənasını daşıyır.

    Vestminster abbatlığının indiki yerində 750-ci ildə Benedikt tərəfindən əsası qoyulmuş monastır yerləşmişdir. 1045-1065-ci illərdə ingilis kralı Mömin Eduard (ing. Edward the Confessor) tərəfindən Roma memarlığı üslubunda yenidən tikdirilmişdir. Abbatlığın əlyazmalarına istinadən ilk ingilis kralı II Harold (1066) və onu devirmiş Fateh I Vilhelm bu kilsədə taxta çıxmışlar. Vestminster abbatlığı 1245-ci ildə III Henri tərəfindən ilkin qotika üslubunda yeniləşdirilərək bugünkü görkəmə salınmışdır. Qərb fasadı XV əsrə aiddir. Hər iki qülləsi 1722 və 1745-ci illərdə Xristofer Uren, Nikolas Hauksmur və Con Ceyms tərəfindən ucaldılmışdır.
    [redaktə / تحریر] Abbatlıqda dəfn edilmiş İngiltərə və Böyük Britaniya kralları və kraliçaları

    1. Mömin Edvard (1004-1066) və xanımı Edita Vesseks
    2. III Henri (1207-1272)
    3. I Edvard (1239-1307) və xanımı Kastiliyalı Eleonora (1241-1290)
    4. III Edvard (1312-1377) və xanımı Filippa Heynolt
    5. II Riçard (1367-1400) və xanımı Bohemiyalı Anna
    6. V Henri (1387-1422) və xanımı Yekaterina Valua
    7. V Edvard (1470-1483)
    8. VII Henri (1457-1509) və xanımı Yorklu Yelizaveta
    9. VI Edvard (1537-1553)
    10. Klevli Anna, VIII Henrinin dördüncü xanımı
    11. I Mariya (1516-1558)
    12. I Yelizaveta (1533-1603)
    13. I Yakob (1566-1625) və xanımı Anna
    14. II Karl (1630-1685)
    15. II Mariya (1662-1694)
    16. III Vilhelm (1650-1702)
    17. Anna (1665-1714), ilk Böyük Britaniya kraliçası və əri Danimarka şahzadəsi Georq
    18. II Georq (1683-1760) və xanımı Karolina fon Anzbax (1683-1737)

    Abbatlıqda dəfn edilmiş digər monarxlar

    1. Anna Nevil (1456-1485), İngiltərə kralı III Riçardın xanımı
    2. Mariya Stüart (1542 - 1587), Şotlandiya kraliçası
    3. Yelizaveta Stüart (1596-1662), Şotlandiya şahzadəsi

    noimage


    Mənbələr

    * Richard Jenkyns: Westminster Abbey. Cambridge, Mass. 2005. ISBN 0-674-01716-1
    * Tim Tatton-Brown (Hrsg.): Westminster Abbey. The Lady Chapel of Henry VII. Rochester, NY 2003. ISBN 1-84383-037-X


#18.03.2010 00:37 0 0 0