Məhəbbət - qadının həyatında böyük bir tarix, kişinin həyatında isə kiçik epizoddur.
Pis adamın xeyirxah niyyətini onun bəd əməllərindən ayırmaq çətindir.
Aktyor sevgi haqqında hər şey bilməyə və onsuz yaşamağı öyrənməyə borcludur.
Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan.
İnsanların dahiliyi və şərəfi xalqa xidmət etmələri ilə bağlıdır.
Bir insanın kişi olub olmadığı sözündən deyil, gördüyü işdən bilinər.
Harada ki, qanun gücsüzü güclüdən müdafiə edə bilmir, orada var-dövlətə və pula güclünün haqsızlıq və zülmündən xilas olmaq vasitəsi kimi baxıla bilər.
Mən ölüyə baxır, baxdıqca da özümü elə balaca və miskin hiss edirdim ki..! İlahi, ölülər necə də nəhəng olurmuş.
Mənəviyyatsız niyyətin həyata keçə bilməsi üçün o, silahının bir hissəsini əxlaq cəbbəxanasından almalıdır.
Xoşbəxt ola bilmək üçün yalnız bir yol var: əldə edə bilməyəcəklərimizin arxasınca dəli kimi yüyürməmək.
Hər qələbədən sonra bir peşmançılıq hiss edirsən. Sonu peşmançılıqla qurtarmayan yeganə qələbə - cəhalət üzərində qələbədir.
Əgər içki içilən yerlərin yarısı bağlansa,, əmin olun ki həbsxanalar və ruhi xəstələr üçün müalicəxanaların da yarısının bağlandığını görərsiniz.
Xoşbəxtliyi dadmanın yeganə çarəsi, onu bölüşməkdir, çünki səadət əkiz doğulur.
Nə yaxşı ki yer üzündə çox maraqlı təzadlar var,
Azad ikən dustaq olan, dustaq ikən azadlar var!
Atalarının dindarlığı ilə xilas olacağını umanlar, atalarının yeməsiylə doyacaqlarını zənn edənlər kimidir.
Şəxsi qeyrət yuvanı, toplu qeyrət vətəni amanda saxlar.
Üç şey ölümlə qəbrə gedər: Ailəsi, malı və əməli. Bunlardan ikisi qayıdar, biri qalar. Dönənlər: ailəsi və malı, qalan da əməlidir. (Hz.Məhəmməd.)