Polad Aləmdar Kurtlar Vadisi - Qarabağ filmində

Son güncelleme: 18.03.2010 23:14
  • noimage




    Necati Şaşmaz: "Belə bir film çəkilsə, öz rolumu sevərək oynayaram"

    Türkiyənin məşhur "Kurtlar Vadisi" filminin senari müəllifləri və aktyorlarından ibarət heyət Azərbaycanda səfərdədir. Hazırda Qəbələ rayonunun istirahət guşələrindən birində olan heyət üzvləri jurnalistlərə fəaliyyətləri və ölkəmizə səfərlərinin məqsədi barədə açıqlama verməkdədirlər. Lent.az-ın Qəbələdə olan əməkdaşının verdiyi məlumata görə, filmin baş qəhrəmanı Polad Aləmdar rolunun ifaçısı Necati Şaşmaz daha çox diqqət mərkəzindədir.

    Necati Şaşmaz jurnalistlərlə söhbəti zamanı bildirib ki, Azərbaycana gəlməkdə məqsədləri ölkəmizi daha yaxından tanımaq, sevənləri ilə görüşmək və sevgilərini paylaşmaqdır: "Çox gözəl ölkədir və çox gözəl insanları var. Xüsusilə buralar - Qəbələ gözəl yerdir, gözəl turizm imkanları və istirahət potensialı olan yerdir."

    Şaşmaz jurnalistlərin sualına cavab olaraq bildirib ki, serialda Memati rolunu ifa edən Gürkan Uygunun aralarında olmaması onun film çəkilişlərində olması ilə bağlıdır.

    "Qarabağa dair film çəkmək fikriniz varmı" sualına isə Şaşmaz belə cavab verib: "Bilirsiniz ki, "Kurtlar Vadisi" gündəmə bağlı, aktual mövzulu bir serialdır. Məsələn "Kurtlar Vadisi - İraq" o vaxt gündəmdə olan İraq məsələsinə həsr olunmuşdu. Könül istər ki, Qarabağa, Xocalı qətliamına dair bir film çəkilsin, bu dərdimiz gündəmə gətirilsin. Ancaq bunu ssenariyə gətirmək lazımdır. Bir neçə il əvvəl baş vermiş bu hadisə barədə film çəksək, bu, artıq tarixi film olacaq, gündəm filmi yox. Belə bir filmin ssenari həlli tapılsa və çəkilsə, mən öz rolumu sevərək oynayaram..."
#18.03.2010 23:14 0 0 0